Səfir Elin Süleymanov ABŞ-ın aparıcı yəhudi təşkilatı ilə onlayn görüş keçirdi
ABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee – AJC) təşəbbüsü ilə səfir Elin Süleymanovun Texas ştatının ən böyük şəhərləri olan Dallas və Hyustonda yaşayan AJC nümayənədləri ilə onlayn görüş keçirilmişdir.
11 Sentyabr 2020 11:46 SiyasətABŞ-ın aparıcı yəhudi təşkilatı olan Amerika Yəhudi Komitəsinin (American Jewish Committee - AJC) təşəbbüsü ilə səfir Elin Süleymanovun Texas ştatının ən böyük şəhərləri olan Dallas və Hyustonda yaşayan AJC nümayənədləri ilə onlayn görüş keçirilmişdir.
Olaylar.az bildirir ki, müzakirələr zamanı səfir Süleymanov Azərbaycanın tarixinə nəzər salaraq burada müxtəlif xalqların nümayəndələrinin bərabər yaşadığını və mədəniyyətlərin müxtəlifliyi barədə qeyd edərək bu xüsusda Azərbaycan və yəhudi xalqların dostluğun dərin köklərinin olması və bunun da mədəniyyətlərə təsirini, bir çox sahələrdə proqram mübadiləsinin aparılması, Azərbaycanda antisemitizmin olmaması, həmçinin İsrailin Azərbaycanın enerji layihələrindən faydalandığını qeyd etmişdir. Həmçinin səfir qeyd etdi ki, Azərbaycanın müsəlman əksəriyyətinin yaşadığı ölkə olaraq İsrail ilə digər ölkələr arasında müsbət əlaqələrin qurulmasında xüsusi rolu oynayır və örnək göstərməkdədir. ABŞ ilə münasibətlər haqqında səfir məlumat verərək müvafiq olaraq enerji, iqtisadi, tibb, kənd təsərrüfatı, texnologiya sahələrində əməkdaşlığı da qeyd olunmuşdur.
Bununla belə Azərbaycanın iyirmi faiz ərazisinin Ermənistan tərəfindən qanunsuz işğalı nəticəsində həmin ərazidə etnik təmizləmənin baş verdiyi və Ermənistan-Azərbaycan münaqişəsinin regionumuzun gələcəyinə əsas təhlükə və təhdid olduğunu nəzərə çatdırmışdır. Səfir İsrail dövlətini davamlı olaraq beynəlxalq və müxtəlif qeyri-hökumət təşkilatlar tərəfindən tənqid olunduğu halda, eyni təşkilatların Ermənistanın Azərbaycan torpaqlarının işğalı və etnik təmizlənmə barədə məlumatlar işıqlandırmaqdan çəkinirlər. Bu da ikili standartların bariz nümunəsidir.
Cari ilin 12 iyul tarixində Azərbaycanın Ermənistanla sərhəddində baş vermiş hadisələr haqqında ətraflı məlumat verilmişdir və bu ərazinin yaxınlığından regionun əsas enerji və infrastruktur layihələrinin keçməsinin təsadüf olmadığına da bildirilmişdir.
Qeyd etmək lazımdır ki, 21 iyul tarixində Los-Anceles şəhərində Azərbaycan icması üzvlərinə qarşı törədilmiş erməni icması tərəfindən nifrət zəminində törədilmiş aktları AJC tərəfindən pislənmişdir.