Gündəm

Peşə təhsili ilə bağlı Apellyasiya Komissiyası yaradıldı

23 Sentyabr 2020 12:36

Peşə təhsili müəssisələrinə qəbul və nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Olaylar.az bildirir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən yaradılan komissiya apellyasiya müraciətlərinə baxılması üçün 23-25 sentyabr tarixlərində fəaliyyət göstərəcək. 

“Tarixi yazmış bir tale” adlı respublika müsabiqəsi sona çatdı

23 Sentyabr 2020 12:20

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi pandemiya dövrü ilə əlaqədar olaraq distant rejimində müxtəlif formatlı tədbirlər təşkil etməyə davam edir. Olaylar.az bildirir ki, avqust ayında Mərkəz tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ictimai-siyasi fəaliyyətini özündə təcəssüm etdirən “Tarixi yazmış bir tale” adlı videotəqdimatlardan ibarət respublika müsabiqəsinə start verilmişdir.

Təbiətə 2376 manat məbləğində ziyan dəydi

22 Sentyabr 2020 13:21

Ağgöl Milli Parkının və Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı milli parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Bunu Olaylar.az-a Xidmətin rəis müavini Bəhruz Məhəmmədov bildirib.

Arxeoloji qazıntılar nəticəsində yeni abidə aşkarlanıb

21 Sentyabr 2020 20:55

Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası Şəki rayonunun Fazıl kəndində yerləşən Təpəbaşı abidəsində keçən il başlamış arxeoloji tədqiqatları davam etdirib. Olaylar.az bildirir ki, 1 və 2 saylı qazıntı sahələrində qazıntı işləri davam etdirilməklə yanaşı, yeni 4 saylı qazıntı sahəsində tədqiqatlar başlayıb. Beynəlxalq ekspedisiyaya Azərbaycan tərəfindən AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Azərbaycanın antik dövr arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənov, Qazaxıstan tərəfindən tanınmış alim, Alman Arxeoloji İnstitutunun müxbir üzvü, professor Zeynolla Samaşev rəhbərlik ediblər.

Açıq səma altında tamaşa nümayiş olundu

21 Sentyabr 2020 15:33

Şamaxının Kələxana kəndində yerləşən XVI əsrə aid "Kələxana türbələri"ndə şifahi xalq ədəbiyyatı incilərindən sayılan "Apardı sellər Saranı" xalq dastanı əsasında hazırlanan "Sara" tamaşasıyla Mingəçevir Dövlət Dram Teatrı 52-ci teatr mövsümünü açıq elan etdi. Olaylar.az bildirir ki, açıq havada, səma altında tarixi abidələrdən fon kimi istifadə olunub. Bu dəfə adət etdiyimiz kimi dekorasiyalar dekoratorlar tərəfindən tamaşa üçün xüsusi olaraq hazırlanmayıb, tarixi memarlıq abidələri canlı dekorasiya rolunu oynayıb.

Muğam Mərkəzi Musiqi günündə onlayn konsertlər təqdim edəcək

18 Sentyabr 2020 11:16

18 sentyabr Musiqi günü ilə əlaqədar BMM-nin “Muğam axşamları” layihəsi  gün ərzində 12:00, 15:00 və 17:00-da  İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının  ərazisindən onlayn olaraq yayımlanacaq. Olaylar.az bildirir ki, konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Opera həvəskarları internet üzərindən "Koroğlu" operasını izləyə biləcəklər

17 Sentyabr 2020 16:49

Ənənəvi olaraq hər il sentyabr ayında yeni mövsümünə başlayan Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı koronavirus pandemiyası ilə əlaqədar karantin şəraitində bu il bir qədər fərqli şəkildə öz tamaşaçıları ilə görüşəcək.

İtaliyanın məşhur səyahət portalı Balaxanı qəsəbəsində yazdı

17 Sentyabr 2020 15:38

Son zamanlar çoxsaylı internet səhifələrində və sosial media platformalarında Balaxanı qəsəbəsi ilə bağlı yayılan fotolar İtaliyanın məşhur “Si Viaggia” səyahət portalının diqqətini cəlb edib və portalda “Turistləri və bloqqerləri heyran edən Azərbaycan qəsəbəsi” adlı yazı dərc olunub. Olaylar.az bildirir ki, yazıda Azərbaycanın son zamanlarda böyük marağa səbəb olan turizm marşrutlarından birinə çevrildiyi, ölkənin Formula 1 Gran Pri yarışları kimi mötəbər tədbirlərin keçirilməsi ilə müxtəlif televiziya kanallarının və sosial mediada fotolar paylaşan tanınmış bloqqerlərin böyük marağına səbəb olduğu bildirilir.

"Dərs vaxtı"nın 17 sentyabr cədvəli

17 Sentyabr 2020 10:05

Olaylar.az "Mədəniyyət", "ARB Günəş" telekanalları və "Təhsil" televiziyasının "Facebook" səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 17-si üçün nəzərdə tutulan cədvəlini təqdim edir. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır.

Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri

16 Sentyabr 2020 12:39

Boş qalmış yerlər üzrə peşə təhsili müəssisələrinə elektron tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb. Olaylar.az bildirir ki, müsabiqədə iştirak edən şəxslərə nəticə barədə "SMS" bildiriş vasitəsilə məlumat göndərilib. Həmçinin, uğurlu nəticə göstərən şəxslərin qəbul olduqları ixtisas və təhsil müəssisəsi barədə məlumatlar şəxsi kabinet bölümündə yer almaqdadır.

Özbəkistanda qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasındakı əlaqələrə dair məqalə dərc olundu

16 Sentyabr 2020 12:06

Özbəkistanın human.uz portalında qədim və orta əsrlərdə Azərbaycan-özbək xalqları arasında elm və mədəniyyət sahələrindəki əlaqələrə dair məqalə verilib. Olaylar.az bildirir ki, Azərbaycan alimi, tarix üzrə fəlsəfə doktoru Məhfuzə Zeynalovanın “Qədim və orta əsrlərdə elm, mədəniyyət sahəsində Azərbaycan-Özbəkistan əlaqələri” sərlövhəli məqaləsində qeyd olunan dövrlərdə əməkdaşlığın inkişafı haqqında ətraflı məlumat verilib.

"Qaydalara əməl edilməzsə, qonşu ölkələrdə baş verən ikinci dalğa həyəcanı ölkəmizdə də qaçılmaz olacaqdır" - Pərvanə Vəliyeva

15 Sentyabr 2020 15:18

"Son günlərdə Avropa ölkələri, o cümlədən Türkiyə koronavirusun ikinci dalğa təhlükəsi ilə üz-üzədir. Fransa və İngiltərədə yenidən yoluxma hallarında ciddi şəkildə artım müşahidə edilməyə başlanılıb." Bu fikirləri Olaylar.az -a açıqlamasında "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bildirib.  İcraçı direktor qeyd edir ki, artıq bir neçə bölgədə yenidən karantin elan edilir: