"Qaydalara əməl edilməzsə, qonşu ölkələrdə baş verən ikinci dalğa həyəcanı ölkəmizdə də qaçılmaz olacaqdır" - Pərvanə Vəliyeva
"Son günlərdə Avropa ölkələri, o cümlədən Türkiyə koronavirusun ikinci dalğa təhlükəsi ilə üz-üzədir. Fransa və İngiltərədə yenidən yoluxma hallarında ciddi şəkildə artım müşahidə edilməyə başlanılıb." Bu fikirləri Olaylar.az -a açıqlamasında "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bildirib. İcraçı direktor qeyd edir ki, artıq bir neçə bölgədə yenidən karantin elan edilir:
15 Sentyabr 2020 15:18 Sosial" "Son günlərdə Avropa ölkələri, o cümlədən Türkiyə koronavirusun ikinci dalğa təhlükəsi ilə üz-üzədir. Fransa və İngiltərədə yenidən yoluxma hallarında ciddi şəkildə artım müşahidə edilməyə başlanılıb."
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Sağlamlığa Xidmət" İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva bildirib.
İcraçı direktor qeyd edir ki, artıq bir neçə bölgədə yenidən karantin elan edilir:
"Yayılmanın səbəbi bir neçə faktorla bağlıdır. Yay fəslinin gəlməsi ilə turizm zonalarının açılması, insanların təhlükəni unudaraq qabaqlayıcı tədbirlərin yumşaldılmasını COVİD-19 pandemiyası bitmiş kimi qəbul etməsi əsas səbəblərdəndir. Gündən-günə yoluxma saylarının artması birbaşa olaraq insanların müntəzəm profilaktik tədbirlərə əməl etməməsi ilə bağlıdır. Sosial məsuliyyət hər kəsə aiddir, istər sıravi vətəndaşlar, istərsə də bütün dövlət və özəl qurumlar qaydalara məsuliyyətlə əməl etməlidirlər. Maskadan istifadə, fiziki məsafənin saxlanılması, əllərin tez-tez yuyulması, antiseptik vasitələrin istifadə edilməsi vərdiş halını almalı, gündəlik həyatımızın bir parçasına çevrilməlidir. Necə ki, xəstəliyə tutulan zaman həkimin yazdığı müalicə rejiminə əməl edirik ki, sağlamlığımıza qovuşaq, eləcə də profilaktik tədbirlərə müalicə rejimi kimi ciddi şəkildə yanaşmalıyıq ki, sağlam qalaq."
Pərvanə Vəliyeva qeyd edir ki, Azərbaycanda koronavirus infesksiyası ilə bağlı vəziyyət uzun müddətdir ki, stabildir və bunun nəticəsi olaraq da, hökümət karantin tədbirlərinin yumşaldılmasını davam etdirir:
"Artıq ölkəmizdə tədris prosesi də bütün lazımi profilaktik qaydalar nəzərə alınmaqla başlamışdır. Ancaq unutmayaq ki, virus infeksiyası bitməyib. Hələ də gündəlik yeni yoluxma halları qeydə alınır və heç kəs bu xəstəlikdən sığorlanmayıb. Ölkəmizdə ardıcıl yumşalma tədbirlərinin payız ayına təsadüf etməsi, fəsil dəyişkənliyi ilə havanın temperaturunun aşağı enməsi nəticəsində respirator xəstəliklər də artacaqdır. Bu səbəbdən vətəndaşlarımız ehtiyatlı olmalıdırlar. Könüllü şəkildə qrip əleyhinə peyvənd də oluna bilərlər.
COVİD-19-a qarşı sübut olunmuş peyvənd ölkəmizə gətirilənədək vətəndaşlarımız həm öz sağlamlıqlarına həm də cəmiyyətin sağlamlığına məsuliyyətlə yanaşmalıdırlar. Qaydalara əməl edilməzsə, qonşu ölkələrdə baş verən ikinci dalğa həyəcanı ölkəmizdə də qaçılmaz olacaqdır."