Qaşqaylar və onların folkloru - Əli Şamil

Girəsunda Pərvin Bəhməniyə həsr olunmuş aşıqlar şöləni

Pərviz Bəhməninin rəhbərlik etdiyi "Hava" ansamblını Azərbaycana gətirdə bilməsəm də, Türkiyəyə getmələrinə yol açdım. Bəzi toplantılarda bir yerdə olurduq, bəzilərinə isə qatıla bilmədim. Amma hər dəfə hara getdikləri, necə qarşılandıqları, konsertlərinin necə keçdiyi, necə yola salındıqlarından xəbərim olurdu. Hər dəfə də "Hava" ansamblının konsertləri alqışlarla qarşılandığını eşidəndə sevinirdim. İş elə gətirdi ki, Pərvin xanım ağır xəstəliyə tutuldu. Ölüm-qalım savaşı verdi. Azərbaycan və İran Türkləri mövzusunda neçə-neçə dəyərli araşdırmanın yazarı, Prof. Dr. Ali Kafkasyalıya bu haqda bilgi verdim. O, Pərviz Bəhməniyə mənəvi dayaq olmaq, onda ruh yüksəkliyi yaratmaq üçün plan cızdı. 26 2016-cı ilin may ayının 2-4-də Girəsun Universitetində "Beşinci Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni Kaşkai Halk Bilimi Simpoziumu"nu təşkil etdi. Pərvin xanım da rəhbərlik etdiyi "Hava" ansamblı ilə orada gözəl konsert verdi. Bu toplantıda bir neçə Qaşqay musiqiçisi ilə, Ərsalan Mirzəyi, İbrahim xan Kohendlipur və başqaları ilə tanış oldum. Qaşqayların "Hava" musiqi qrupunun üzvləri ilə birlikdə Girəsun Universiteti "Beşinci Türk Dünyası Aşıqlar Şöləni və Pərvin Bəhməni Kaşkai Halk Bilimi Simpoziumu"nda: soldan Piran Dirəxşan, Ərsalan Mirzəyi, Damun Şeşbölüki, Qəzəl Xorşidi, Əli Şamil, İbrahim xan Kohendlipur və Girəsun universitetinin əməkdaşı Prof. Dr. Ali Kafkasyalının istəkləri baş tutdu. Pərvin xanım xəstəlikdən tam qurtula bilməsə də, əhval-ruhiyyəsi getdikcə yaxşılaşdı. Pərvin xanımın oğlu Damun bəylə əlaqələrimiz sıxlaşdı. O, Azərbaycan musiqisi ilə bağlı lentləri hazırlayaraq İran televiziyalarında, universitetlərdə göstərdi. Bakıya tez-tez gəlməyə başladı. Söhbətlərdən, görüşlərdən yeni layihələr doğdu. O tayın 27 məşhur musiqiçilərindən Fərəməz Gərmrudinin musiqi kollektivinin bir neçə diskini hazırladı. Bu uğuru onu yeni layihələrə həvəsləndirdi. "Çahargah" muğamı əsasında sənədli film çəkdi. Fərəməz Gərmrudinin rəhbərlik etdiyi müsiqi kollektivini Şəkidəki Xan sarayına, Şirvanşahlar sarayına və b. tarixi yerlərə götürdü. Onların ifasını lentə aldı. Beləcə, "Göyərçin qanadları" adlı sənədli film hazırlandı. Sənədli film İranın bir çox yerlərində və Bakıdakı Muğam Mərkəzində, Azərbaycanın tanınmış musiqiçiləri qarşısında nümayiş etdirildi. Filmdə musiqi də vardı, rəqs də, Azərbaycanın görməli yerləri də. Əslində, film həm də geniş bir reklam rolunu oynadı.  Oraya getməyə çox can atsam da, hər dəfə bir işim çıxdığından onların dəvət etdiyi vaxtla mənim vaxtım üst-üstə düşmürdü.

 ŞİRAZA DƏVƏT

Şiraz Fars vilayətinin (Farsca: ostan) mərkəzidir. Vilayətin Fars adlanmasına baxmayaraq, orada Türklərin sayı az deyil. İran tarixçisi Əli Rəzmari yazır: "İranın elə əyalət və vilayətlərini tapmaq olmaz ki, ....orada Türklər... köçəri və oturaq halda sakin olmamış olsun (T.Ə.İbrahimov (Şahin). Qaşqaylar,. Allah qismət etdi, Fars vilayətində yaşayan Qaşqay Türklərinin dəvəti ilə mənim vaxtım və maddi imkanım üst-üstə düşdü. 2018-ci ilin aprelində Bakıdan Tehrana uçduq. Tehranda olarkən Pərvin Bəhməni və oğlu Damun Şeşbölüki ilə görüşdük. Gəlmişdən-getmişdən, Qaşqayların bugünkü durumundan xeyli söhbət etdik. Ölkədə müsiqiyə, mədəniyyətə lazımi dəyər verilmədiyindən gileyləndilər. Mən isə ötən illərdə baş verənləri xatırladaraq vəziyyətin getdikcə yaxşılaşacağından danışdım. Pərvin xanımla oğlu Damun Şirazdakı proqramımız haqqında bilgi verdilər. Bizi Girəsunda tanış olduğum Ərsalan Mirzəyi və Pərvin xanımın tanışı, gənc millətsevər, Şeşbölüki tayfasının Doqquzlu tirəsindən olan Əmin Cahangirinia qarşılayacaqdı. Tehran-Şiraz reysində olan Avropadan gəlmiş turistlərin əksəriyyəti qocalardı. Onlar Persepolisi - Təxti-Cəmşidi, Hafiz Şirazinin, Sədi Şirazinin, Baba Kuhi Bakuvinin məzarlarını, Şirazdan İsfahana gedən yolda tikilmiş Quran qapısını, muzeyləri görməyə, mən isə Şirazda yaşayan Qaşqaylarla görüşməyə çan atırdıq. Aprelin 30-da Mehrabad hava limanında təyyarəyə mindik. Bakıdan Tehrana bir saata uçmuşduqsa, Tehrandan Şiraza yolçuluğumuz ikiqat uzun oldu. Şirazın hava alanında baqajımızı almağa hazırlaşırdıq ki, bizə doğru başında Qaşqay börkü olan bir gəncin yaxınlaşdığını gördüm (Şiraz hava limanında yolçu qarşılayanların baqaj şöbəsinə gəlməsinə icazə verilir). Girəsundan tanıdığım Mirzəyini görməsəm də, bizə yaxınlaşan gəncin Əmin bəy olacağını düşündüm. Bir azdan onun arxasınca gələn Mirzəyini də gördüm. Mehribanlıqla görüşüb Ərsəlanın maşınında Əmin Cahangiriniagilə getdik. 29 Şiraz şəhərinin kənarında, sənaye məhəlləsində yeni salınmış məhəllədəki birmərtəbəli evin səliqə-sahmanı diqqəti çəkirdi. Bura elat ailəsinin evindən çox illər uzunu şəhərdə yaşamış bir ailənin səliqə-sahmanını xatırladırdı. Ərsalan Mirzəyi bizi Əmingildə qoyub getdi. Biz bir az dincəldikdən sonra Şiraz şəhərini gəzməyə çıxdıq. Əmingilin məhəlləsində yaşayanların əksəriyyəti Qaşqaylardır. Onun verdiyi bilgiyə görə, şəhər əhalisinin təxminən dörddə birini Qaşqaylar təşkil edir. Şiraza İsfahan tərəfdən giriş Cəfər Eyvəzi Yadıkurı ilə Əmin Cahangirinia belə planlaşdırdılar ki, gündüz şəhəri gəzək, muzeylərə, tarixi yerlərə baxaq, axşamlar da Qaşqay aydınları ilə görüşək. Onların bu planı mənim də, xanımımın da ürəyindən oldu. Təxti Cəmşid-Persepolis Şiraza gələn turistləri əsasən iki qurupa ayırmaq olar: 1. Avropadan, Amerikadan, Uzaq Şərqdən gələnlər daha çox Persepolisə - Təxti-Cəmşidə, Şeyx Sədi Şirazinin, Hafiz Şirazinin türbələrinə, Şiraz bazarına gedirlər. 30 2. İran İslam Respublikasından, Pakistandan, Hindistandan, Ərəb ölkələrindən gələnlər, yəni inanca görə gələnlər isə müqəddəs saydıqları insanların türbələrini ziyarət edirlər ki, bu ziyarətgahlardan da ən çox turist cəlb edən Baba Kuhinin türbəsidir. Şirazdan təxminən 50 kilometr aralıdakı Persepolisin - Təxti-Cəmşidin miladdan öncə altıncı sonlarında Əhəməni imperatoru Birinci Daranın vaxtında salınmağa başlaması haqqında oxumuşdum və bu mövzuda bir neçə sənədli filmə baxmışdım. Şah sarayını tikmək üçün uzunluğu 473 metr, eni 86 metr, qalınlığı 13 metr olan torpaq təpə düzəldiblər. Sonra üzərində binalar ucaldıblar. Pilləkənlərin yan divarlarını qabartma heykəllərlə bəzəyiblər. Birinci Daranın başladığı işi Birinci Kserks davam etdirib. Birinci Kserks taxt salonunda hər birinin hündürlüyü 20 metr olan 100 sütun ucaldıb. Sütunların üstündə də 2 metrlik buğa və insan heykəlləri yerləşdiriblər. Bu möhtəşəm bina qalıqlarında çoxlu barelyef və yazılar var. İnsanları da buraya gətirən, heyrətləndirən 2600 il əvvəlin tikinti texnikası, insan əməyinin möcüzəsidir. Binaların necə tikilməsi, heykəllərin o ucalığa necə qaldırılması, barelyeflərin hansı texnika ilə və necə zərifliklə qazılması sualına hələ də dəqiq cavab vermək olmur. Gah Təxti-Cəmşid, gah Təxti-Süleyman deyilən, geniş elmi ədəbiyyatda Persepolis adlandırılan bu möhtəşəm saray qalıqları haqqında bir neçə sənədli filmə baxmışdım. Ona görə də, oraya getməyə həvəsim yox idi. Buna baxmayaraq, Şirazdan 300 kilometr aralıdakı Cəm şəhərciyində işləyən Cəfər Eyvəzi Yadıkurının maşını ilə gəlib bizi oraya gəzməyə aparmaq istəyinə yox deyə bilmədim. Şirazda olduğumuz sonuncu gün, isti havada, toza-torpağa bata-bata Persepolisi gəzdik. Ondansa məni Qaşqay çadırlarına aparsaydılar, Qaşqaylarla söhbət edib, folklor nümunələri toplasaydım, daha yaxşı olardı. Persepolis haqqında sənədli filmlərə evdə çay içə-içə baxmaqla daha çox bilgi alardım

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31