Gündəm
Mətbuat Şurası bəyanat yayıb
Azərbaycan Mətbuat Şurası beynəlxalq təşkilatlara və media qurumlarına bəyanat ünvanlayıb.
Parlamentdə əcnəbi jurnalistlərə Qarabağdakı haqq işi barədə məlumat verildi
Bu gün Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov Milli Məclisdə brifinq keçirib. “Olaylar”xəbər verir ki, brifinqdə əks-hücum əməliyyatında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası və bu prosesdə diqqət cəlb edən bir sıra məsələlərdən danışılıb. Brifinqdə eyni zamanda, əks-hücum əməliyyatının beynəlxalq hüquq çərçivəsində həyata keçirilməsi, qadağan olunmuş silahların Ermənistan tərəfindən tətbiqi, muzdluların guya Azərbaycan tərəfindən vuruşması iddiaları və bu iddialara cavab verilməsi kimi məsələlərdən söz açılıb.
Horadizdə ermənilərin qaçarkən tərk etdiyi zirehli texnikaların videogörüntüsü
Ramil Əhmədin kitabı Türkiyədə nəşr olundu
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
Türkiyə XİN: "Kanadanın Türkiyəyə silah ixracını dayandırması “ikili standartlar”ın tətbiq olunması deməkdir"
Kanadanın Türkiyəyə silah ixracını dayandırması qərarı "ikili standartlar"ın tətbiq olunması deməkdir.
XİN: “Ermənistan Azərbaycanın mülki əhalisini və infrastrukturunu qəsdən hədəfə alır” Yaydı
Prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
Nazir beynəlxalq təşkilatlara məktub ünvanladı
Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov xarici ölkələrin gənclər və idman sahələrinə məsul nazirliklərinə, beynəlxalq təşkilatlara və digər aidiyyəti qurumlara Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzü özündə əks etdirən məktub göndərib.
Məktəbdənkənar təhsil müəssisəsində hərbi vətənpərvərlik mövzusunda təlimlər
Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən hərbi vətənpərvərlik tərbiyəsi mövzusunda maarifləndirmə təlimlərinə start verilib. Olaylar.az bildirir ki, təlimlərin keçirilməsində məqsəd ölkədə elan olunan hərbi vəziyyət dövründə uşaq və gənclərin vətənpərvərlik ruhunun daha da artırılması, milli ordumuzun qüdrətinin təbliğ edilməsi, həmçinin Mərkəzin pedaqoji heyətinə ilk yardımın göstərilməsi, mülki müdafiənin dinc dövrdən hərbi vəziyyətə keçirilməsinin qaydaları və ardıcıllığının izah edilməsindən ibarətdir.
Dövlət Komitəsinin sədri Özbəkistan səfiri ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı sentyabrın 30-da Özbəkistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Baxrom Aşrafxanovla görüşüb.
"Dərs vaxtı"nın 30 sentyabr cədvəli
Olaylar.az "Mədəniyyət", "ARB Günəş" telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 30-u üçün nəzərdə tutulan cədvəlini təqdim edir.
Karantin rejimini pozan restoran məsuliyyətə cəlb olunub
Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkar edilib.
Məhərrəm Əliyev: “Ermənistanın dövlət kimi mövcudluğu da sual altına düşəcək” - MÜSAHİBƏ
Məktəbəhazırlıq qruplarına qeydiyyat yekunlaşır
Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi 24 sentyabr saat 17:00-dək davam edəcək. Olaylar.az bildirir ki, valideynlər qeyd olunan müddətədək (digər qanuni nümayəndələr) mektebeqebul.edu.az portalı vasitəsilə qeydiyyatdan keçərək övladının məktəbəhazırlıq qrupuna cəlb olunması üçün seçdikləri uyğun məktəbə sorğu yerləşdirə bilərlər.
“Digitalart-lab” layihəsi davam edir
Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının “Digitalart-lab” adlı yeni layihəsi davam edir. Olaylar.az bildirir li, layihə Azərbaycan rəssamlıq sənətinin müasir inkişafından qaynaqlanan rəqəmsal incəsənətin formalaşması, rəssamların bədii yaradıcılıq axtarışlarını, onların yaradıcılıqlarındakı bədii tendensiyaları, üslub özəlliklərini, orijinal ideyaları geniş ictimaiyyətə təqdim etmək məqsədi daşıyır. “Digitalart-lab” Azərbaycanda rəqəmsal incəsənətə həsr olunmuş ilk irimiqyaslı layihədir.












.jpg)

