Ramil Əhmədin kitabı Türkiyədə nəşr olundu
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsi çərçivəsində “Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası” üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
7 Oktyabr 2020 13:01 MədəniyyətAzərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2016-cı ildən həyata keçirilən "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsi çərçivəsində "Azərbaycan Ədəbiyyatı Gənclik Seriyası" üzrə istedadlı gənc şair və yazıçılarımızın Türkiyədə tanıdılması işi davam etdirilir.
Olaylar.az bildirir ki, layihə üzrə yazar Ramil Əhmədin "Zaman tuneli" adlı kitabı Türkiyə türkcəsində işıq üzü görüb.
Tanınmış şair-tərcüməçi Yurtsevən Şənin türkcəyə çevirdiyi əsər Türkiyənin "Zengin Yayıncılık" nəşriyyatı tərəfindən 5000 tirajla nəşr olunub.