Donald Tramp: Xameneinin dəfn mərasimi zamanı İrana qarşı zərbələri davam etdirə bilərdik
18:40 Dünyaİranın keçmiş ali lideri Əli Xameneinin dəfn mərasimi zamanı Vaşinqton Tehranın xahişi ilə zərbələri dayandırıb. Daha sonra İran tərəfi raket hücumlarını bərpa etdi.
Olaylar.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Onlar fasilə istədilər - Xameneinin dəfn mərasimini keçirmək istəyirdilər. Mən də razılıq verdim lakin sonra raket atmağa başladılar", - deyə Tramp Ankarada keçirilən mətbuat konfransında bildirib.
O, Xameneinin müharibənin ilk günündə ABŞ və İsrailin zərbələri nəticəsində öldürüldüyünü qeyd edərək əlavə edib:
"Biz onu həqiqətən də öldürdük, buna görə də məsələyə məhz bu cür yanaşmaq lazım olduğunu düşünürəm".
Tramp həmçinin bildirib ki, İran ABŞ-dan yas mərasimləri zamanı ölkə rəhbərliyinin üzvlərini öldürməməyi xahiş edib və Vaşinqton buna razılaşıb.
ABŞ prezidenti İranın hərəkətlərindən narazı olduğunu bildirərək, Tehranı münaqişəni gərginləşdirməkdə ittiham edib. Eyni zamanda, o vurğulayıb ki, İranda rejim dəyişikliyinə çalışmır, lakin ölkənin nüvə silahına sahib olmasını da istəmir.