Muğam Mərkəzi Musiqi günündə onlayn konsertlər təqdim edəcək

18 sentyabr Musiqi günü ilə əlaqədar BMM-nin “Muğam axşamları” layihəsi  gün ərzində 12:00, 15:00 və 17:00-da  İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının  ərazisindən onlayn olaraq yayımlanacaq. Olaylar.az bildirir ki, konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

18 sentyabr Musiqi günü ilə əlaqədar BMM-nin "Muğam axşamları" layihəsi  gün ərzində 12:00, 15:00 və 17:00-da  İçərişəhərdə Şirvanşahlar sarayı kompleksində, XVII əsrin memarlıq abidəsi olan Yeraltı hamamda və Bakı Xan Sarayının  ərazisindən onlayn olaraq yayımlanacaq. Olaylar.az bildirir ki, konsert proqramında 20-ə yaxın musiqi nömrəsi təqdim olunacaq.

Layihənin konsertlərini  "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və BMM-nin sosial şəbəkələri vasitəsilə izləmək mümkündür.

Proqramda BMM-nin solistləri , Əməkdar artistlər Səbuhi İbayev, İlkin Əhmədov, Təyyar Bayramov, xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Elgiz Əliyev, Səbinə Ərəbli, Rəvanə Qurbanova, Almaxanım Əhmədli , Ayşən Mehdiyeva çıxış edəcəklər. Solistləri Beynəlxalq Muğam Mərkəzinin musiqi kollektivi müşayiət edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31