Bəhruz Quliyev: “Yaxın gələcəkdə daha nəhəng quruculuq işlərinə şahidlik edəcəyik”
“Ölkəmizdə vətəndaşların təhlükəsizliklərinin qorunması, eləcə də rahatlıqlarının təmin edilməsi üçün bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir və həmin layihələrdən biri də yeraltı və yerüstü piyada keçidlərinin tikilərək istifadəyə verilməsidir”. Sözügedən fikirləri Olaylar.az-a “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Mərdəkan-Zağulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etməsinə münasibətini açıqlayarkən bildirib.
10 Sentyabr 2020 14:39 Siyasət"Ölkəmizdə vətəndaşların təhlükəsizliklərinin qorunması, eləcə də rahatlıqlarının təmin edilməsi üçün bir sıra mühüm infrastruktur layihələri həyata keçirilir və həmin layihələrdən biri də yeraltı və yerüstü piyada keçidlərinin tikilərək istifadəyə verilməsidir".
Sözügedən fikirləri Olaylar.az-a "SƏS" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Prezident İlham Əliyevin Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etməsinə münasibətini açıqlayarkən bildirib.
Onun sözlərinə görə, bu gün respublikamızın müxtəlif böglələrində, o cümlədən paytaxt Bakıda xüsusi fərqlilikləri, rahatlıqları, istifadə olunması münbit olan çoxsaylı yerüstü və yeraltı piyada keçidləri inşa olunub ki, bu da ilk növbədə, əhalinin təhlükəsizliyinin, mühafizəsinin yüksək səviyyədə təminatına hesablanıb.
Baş redaktor xatırlatma da edərək deyib ki, artıq ənənə şəklini alan bu kimi layihələrin həyata keçirilməsi illər əvvəl mövcud olan problemləri tamamilə aradan qaldırıb: "Xatırlayırsınızsa, illər əvvəl nəinki yerüstü piyada keçidləri yox idi, o cümlədən, sovetlər vaxtından qalan yeraltı keçidlər də kifayət qədər yararsız vəziyyətdə, həmçinin müxtəlif təhlükələr yaratması baxımından insanların istifadələrindən kənarda qalmışdı. Məhz sürətli iqtisadi artımlar, Azərbaycanın iqtisadi sferada lider ölkəyə çevrilməsi, ölkəmizə investisiyaların yatırılması, bir çox nüfuzlu inşaat sektorlarının ölkəmizdə fəaliyyətə başlaması və nəhayət, Azərbaycanın özünün investor, yatırımçı ölkəsinə çevrilməsi, yerli şirkətlərin uğurlu fəaliyyəti və dövlətin göstərdiyi dəstəklər sayəsində yerdə qalmış problemlərin qısa müddətdə aradan qaldırılmasına münbit şərait yaratmış oldu. Bir çox infrastruktur layihələri ilə yanaş, haqqında bəhs etdiyimiz keçidlər təmir olundu, yeniləri tikilərək istifadəyə verildi və həmin amil bu gün də davam etməkdədir".
"Yeni açılan yerüstü keçidin ən müasir standartlara cavab verməsi, görünüş xəttinin cəlbediciliyi, kreativ inşa üslubu insanların təhlükəsizliyini qoruması ilə yanaşı, həm də gözoxşayandır", deyən ekspert sonda bildirib ki, keçidlərin özünəməxsus işıqlandırılması və s. kimi layihələr şəhərimizin müasirliyinə rəng qatır:
"Deyərdim ki, bu cür keyfiyyətli, təhlükəsiz, bütün insanların rahatlıqla istifadə edəcəyi yerüstü və yeraltı keçidlər regionlarımızda da qurulur, istifadəyə verilir və əlbəttə, ölkə rəhbərliyinin apardığı müasir və novatorluq siyasəti davam etdikcə, biz çox yaxın gələcəkdə daha nəhəng quruculuq işlərinə şahidlik edəcəyik".
Ay An