“Facebook Messenger”də mesajların göndərilməsinə məhdudiyyət qoyulub

“Facebook” şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir. Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu dəfə “Facebook Messenger” messencerində mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib. İndi xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.

"Facebook" şirkəti öz platformalarında yalan məlumatların yayılması ilə mübarizə aparmağa davam edir. Olaylar.az xarici mediaya istinadən bildirir ki, bu dəfə "Facebook Messenger" messencerində mesajların kütləvi göndərilməsinə qarşı məhdudiyyət tətbiq edilməsi elan edilib. İndi xidmət eyni anda ən çox 5 istifadəçi və ya qrupa mesaj göndərilməsini həyata keçirməyə imkan verir.
Şirkətin nümayəndələri mesajların eyni anda göndərilməsinə tətbiq edilmiş məhdudiyyətin yalan məlumat vermə və zərərverici məzmunun yayılması ilə mübarizədə səmərəli vasitə olduğunu hesab edirlər. Xatırladaq ki, iyulda eyni məhdudiyyət "WhatsApp" messencerinə də tətbiq edilmişdi.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31