Gündəm
"Toyuna getmədiyim üçün, mənə 30 min borc yazdı" - ŞOK İTTİHAM
Mən hələ bu qədər özbaşınalıq görməmişəm. Mənə bir vergi idarəsinin əməkdaşı zəng vurdu, iki ay öncə mənə onun toy məclisində iştirak etməyimi söylədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Başqa tədbirdə olmalı idim. Daha sonra vergi əməkdaşı mənə sərt reaksiya verdi, söylədi ki, məni əlavə dəyər vergisinə cəlb edəcək.
Qəddafinin gizli hərəmxanasında azyaşlı qızların DƏHŞƏTi
2011-ci ildə xalq tərəfindən linç edilən Liviya diktatoru Muammer Qəddafinin ölümündən sonra həyatı ilə bağlı sirli məqamlar üzə çıxdı. Həmin məqamların əksəriyyəti mediaya sızdırılandan sonra insanları heyrətə gətirmişdi.
Türkiyədə 1112 molla işsiz qaldı
Türkiyənin Dini İşlər Komitəsində daha 620 nəfər işdən uzaqlaşdırılıb.
İŞİD-in törətdikləri əsil İslam deyil
“Dövlətin dini olmaz, dövləti təmsil edən şəxsin dini ola, ya da olmaya bilər”. Bunu deyən politoloq Elşad Mirinin sözlərinə görə, Azərbaycan sekulyar dövlətdir, lakin onun prezidenti öz ailəsi ilə birlikdə Ümrə ziyarətinə gedir: “Yəni dövlət başçısının dinə münasibəti, ibadət etməsi, onun dünyəvi dövlətin başçısı olmasına mane olmur.
Qadınlar zorən terror təşkilatlarının köləsinə çevrilirlər
“Dünya dəhşətli terror aktları ilə silkələnir. Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur.
Fermadan qoyun və ov tüfəngi oğurlayan qardaşlar yaxalanıb
Binəqədi rayonunda fəaliyyət göstərən fermada oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Seymur Nəcəfovun fermasından 5 baş qoyun və ov tüfəngi oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Həsrət Həsənov və qardaşı Elşən tutulub. Faktla bağlı araşdırma aparılır.
İş adamını öldürəcəyi ilə hədələdi
İyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanovun törətdiyi müəyyən olunub.
Kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilib
DİN-dən verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndində yaşayan Şahin Mustafayevin həyətindən 4 ədəd, Cil kəndində yaşayan Fərid Eyvazovun həyətindən isə 39 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolu və 255 qram marixuana aşkar edilərək götürülüb.
Qəbirin dəmir çəpərlərini oğurlayanlar ələ keçdilər
İyulun 22-də Sabunçu qəsəbəsindəki qəbiristanlıqda olan qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir çəpər oğurlanıb.
“Metropoliten” sərnişinlər üçün yaddaş kitabçası hazırlayıb
Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi «Bakı Metropolitenindən istifadə qaydaları»nda sərnişinlərin mütləq riayət etməli olduğu müəyyən qadağalar nəzərdə tutulub.
Milli Kitabxanada treninq təşkil olunub
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında Milli Kitabxananın Treninq Mərkəzində treninq təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində kitabxananın trenerləri tərəfindən tədris olunan “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər.
“Qarpız zəhərlənməsi”nin əsl səbəbi nədir?
"Bir çox hallarda zəhərlənmə hadisəsinin hansı qidadan yarandığı aydınlaşdırılmadan bunun qarpızdan baş verdiyi deyilir".
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb.
24 kilo arıqlayan müğənni bu günə düşdü
Mədə kiçiltmə əməliyyatı ilə "incələn" müğənni Seren Serengil tətilə çıxıb.
Amerika diplomatlarının ailələri Türkiyəni tərk edir - TERROR XƏBƏRDARLIĞI
ABŞ Dövlət Departamenti öz vətəndaşlarına Türkiyədə terror təhlükəsi haqqında xəbərdarlığı yeniləyib.














