Qadınlar zorən terror təşkilatlarının köləsinə çevrilirlər

“Dünya dəhşətli terror aktları ilə silkələnir. Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur.

"Dünya dəhşətli terror aktları ilə silkələnir. Hər il minlərlə günahsız insan amansız terrorun qurbanı olur. Bu aktı həyata keçirənlərin böyük əksəriyyəti radikal dini cərəyanların nümayəndələridir". Bunu Qadın Liderliyi Uğrunda İctimai Birliyin sədri Ülkər Abdullayeva deyib. O, qeyd edib ki, Azərbaycanda vətəndaşlar, eləcə də qadınlar arasında sekulyar dövlətçiliyin üstünlükləri, radikal olmayan din modelləri barədə geniş maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: "Son zamanlar tez-tez xüsusilə İŞİD terror şəbəkəsinə qoşulanlar arasında azərbaycanlıların, eləcə də qadınların olduğunu eşidirik. Onlar bilərəkdən və ya zorən qanlı terror təşkilatlarının köləsinə çevrilirlər." 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00