"Toyuna getmədiyim üçün, mənə 30 min borc yazdı" - ŞOK İTTİHAM

Mən hələ bu qədər özbaşınalıq görməmişəm. Mənə bir vergi idarəsinin əməkdaşı zəng vurdu, iki ay öncə mənə onun toy məclisində iştirak etməyimi söylədi. Təəssüflər olsun ki, iştirak edə bilmədim. Başqa tədbirdə olmalı idim. Daha sonra vergi əməkdaşı mənə sərt reaksiya verdi, söylədi ki, məni əlavə dəyər vergisinə cəlb edəcək.

Qafqazinfo  bildirir ki, bu sözləri əməkdar artist Abbas Bağırov İnstaqram-da yazıb.

Müğənni iddia edib ki, vergi işçisi onu əlavə dəyər vergisinə cəlb edib:

"Bu gün mənə zəng vurublar ki, sizin 30 min manat borcunuz var və siz ƏDV-yə düşdünüz. Sübutsuz və mənimlə heç bir hesabat atmadan bu addımı atdılar. Belə şey başıma birinci dəfə gəlmir. 10 min manata toya gedirəmsə, onun hamısını vergi əməkdaşı necə hesablaya bilər?

Bəs mənimlə çalışan musiqiçilər nə qazanır? Çəkilən kliplərə, mahnılarımın aranjmanlarına, toyda mənimlə birgə gedən musiqiçilərin alətlərinin yenilənməsinə xərclənən pullar hardandı? Kimə şikayət edək? Belə özbaşınalıq olmaz".

Əməkdar artist daha sonra vergi borcunu ödədiyini sübut edən qəbzin fotosunu İnstaqram-da paylaşıb və  "Qazandığım puldan vergi ödəməliyəm, qazanmadığımdan yox" şərhini yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31