Milli Kitabxanada treninq təşkil olunub

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında Milli Kitabxananın Treninq Mərkəzində treninq təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi” proqramı çərçivəsində kitabxananın trenerləri tərəfindən tədris olunan “İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi”, “ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları”, “Milli Kitabxananın innovativ onlayn xidmətləri” mövzularında treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə layihəsi əsasında Milli Kitabxananın Treninq Mərkəzində treninq təşkil olunub. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Kitabxanalarda informasiya texnologiyaları infrastrukturunun təkmilləşdirilməsi" proqramı çərçivəsində kitabxananın trenerləri tərəfindən tədris olunan "İnnovasiya texnologiyalarının kitabxanaların işinə tətbiqi", "ALİSA proqramının tətbiqi və elektron xidmətlərdən istifadə imkanları", "Milli Kitabxananın innovativ onlayn xidmətləri" mövzularında treninqdə Bakı şəhər kitabxanalarının əməkdaşları iştirak ediblər. Treninq çərçivəsində müdavimlər Milli Kitabxanada gedən yeni iş üsulları, yeni xidmət növləri ilə əyani tanış olmuşlar. Sonda müdavimlərə sertifikatlar təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00