Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb
Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb.
26 İyul 2016 14:43 DünyaTürkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı iki səfir işdən çıxarılıb.
Türkiyə KİV-i xəbər verir ki, onlardan biri 2012-2014-cü illərdə Türkiyənin Kanadadakı fövqəladə və səlahiyyətli səfiri olmuş Tuncay Babalıdır.
Digəri isə Türkiyənin UNESCO yanında daimi nümayəndəsi olmuş səfir Gürcan Balıkdır. Bu şəxs eyni zamanda vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gül və sabiq xarici işlər naziri Əhməd Davudoğlunun müşaviri vəzifələrində də çalışıb. Hətta Gürkan Balık Əhməd Davudoğlunu Türkiyənin xarici işlər naziri olduğu dönəmdə ABŞ-da Fətullah Gülənlə də görüşdürüb.
Hazırda onların hər ikisi Türkiyə Xarici İşlər Nazirliyində çalışırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00