İş adamını öldürəcəyi ilə hədələdi
İyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanovun törətdiyi müəyyən olunub.
26 İyul 2016 15:02 Kriminalİyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib 400 manat pul tələb etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanovun törətdiyi müəyyən olunub. Ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində ondan 3,225 qram heroin götürülüb.