Gündəm
İranda növbəti prezident seçkilərinin vaxtı BİLİNDİ
İranda növbəti prezident seçkilərinin tarixi bəlli açıqlanıb.
ABŞ Gülənin ekstradisiyasına dair sənədləri nəzərdən keçirir
ABŞ Fətullah Gülənin ekstradisiyasına dair Ankaranın təqdim etdiyi sənədləri nəzərdən keçirməkdə davam etdirir.
İstehsalat qəzası baş verib
İyulun 26-da saat 18-00 radələrində Palçıq pilpiləsi yatağında 1043-1284 nömrəli meydançalararası estakadanın təmiri zamanı ekskavator-kranla dirək borusu (svay) qaldırilarkən tarazlığın pozulması nəticəsində kran aşaraq dənizə düşüb və 5-ci dərəcəli quraşdırıcı (briqadir) Namik Məmmədov da kranla birgə dənizə düşərək suda boğulub.
Sabah ölkənin bəzi yerlərində hava yağmurlu olacaq, şimşək çaxacaq
İyulun 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək
Marneulidə məscidin qapıları oğurlanıb
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Baydar kəndində məscidin qapıları oğurlanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, hadisə dünən gecə saatlarında baş verib.
Yerevanda silahlı qrup həkimləri girov götürüb
Yerevanda silahlı qrup onların tələbi ilə xəsarət alanlara yardım etmək üçün gəlmiş həkimləri girov götürüb.
Rusiyada işsizlər 1 milyona çatıb..
Rusiyada 954 842 nəfər işsiz kimi dövlət qeydiyyatındadır. "Report"un Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, bu rəqəmi ölkənin Əmək Nazirliyi açıqlayıb. Qurumun məlumatına əsasən, iyulun 13-dən 20-dək bir həftə ərzində işsiz statusu olan ölkə vətəndaşlarının sayı 0,1% azalıb. Ölkənin ayrı-ayrı regionları üzrə vəziyyət isə fərqlidir. Belə ki, işsizlərin sayı 39 regionda azalıb, 42 regionda isə artıb. Novosibirsk, Tomsk, Nijeqorod vilayətlərində, eləcə də Tatarıstanda dəyişiklik olmayıb.
BAXCP rəsmisi: “Müxalifət referenduma mane ola bilməyəcək”
"Azərbaycanın Dağlıq Qarabağ kimi problemi var və ölkəmiz dəfələrlə bəyan edib ki, daha 20-25 ili danışıqlara sərf etməyəcək. Qarabağ probleminin sülh yolu ilə həlli üçün olan zaman bitir, biz torpaqlarımızı hansı vasitə ilə olursa, olsun alacağıq”. Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.
Rövşən Rzayev: “Danışıqlar prosesində irəliyə doğru addımlar atılır”
“Ümumiyyətlə son dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi intensiv xarakter alıb. Azərbaycanın sülhsevər mövqeyi artıq danışıqlar prosesini o həddə çatdırıb ki, işğalçı dövlətin bugünki durumu məcburən sülh yolu ilə Azərbaycan ərazisinin silahlı qüvvələrindən təmizlənməsi etapını gətirib çatdırıb. Allah qoysa, bu il avqust danışıqlarının nəticəsində də Azərbaycan ərazi bütövlüyü təmin olunacaq”. Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.
Elman Məmmədov: “Erməni xalqı cinayətkarlardan canlarını qurtarmalıdır”
“Hesab edirəm ki, Ermənistandakı son vəziyyət erməni xalqının iradəsindən, rəsmi İrəvanı idarə edən xarici qüvvələrin apardığı siyasətdən asılı olacaq. Əgər erməni xalqı bundan sonra dinc yaşamaq, inkişaf etmək, fəlakətdən uzaqlaşmaq istəyirsə Ermənistandakı hərbi xuntanı çoxdan devirməli, bir növ süpürüb atmalıdır”. Bunu SİA-ya millət vəkili Elman Məmmədov deyib.
Polis məntəqəsinin yaxınlığında özünü partlatdı: ölən və yaralılar var
Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Gəlinlə bəy gərdək gecəsini hamının gözü önündə yaşayır
Dünyada yaşayan hər bir xalqın özünəməxsus adət-ənənələri var.
Gürcüstandan Rusiyanı qəzəbləndirəcək QƏRAR
Gürcüstan Mərkəzi Seçki Komissiyası NATO-ya giriş üzrə referendum keçirməkdən imtina edib.
İrəvanda polis uşağı vəhşicəsinə döydü: 30 nəfər həbs olundu
İrəvanda dünən axşam keçirilən etiraz aksiyası zamanı 30 nəfər saxlanılıb. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, polislər etirazçıların Sarkisyanın istefası ilə bağlı plakatlarını dağıdıblar. Daha sonra etirazçılar qərara alıblar ki, aksiyanı sabah davam etdirsinlər. Etirazçılar ərazini tərk edəndən sonra polisin əl-qolu açılıb və həbslər başlanıb.
Türkiyədə də referendum keçirilə bilər
“Türkiyədə hərbi çevriliş cəhdi Ankaranın iki addım atmasını sürətləndirəcək”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, birincisi, Ankara-Moskva yaxınlaşması gözlənildiyindən də sürətlə gedəcək:














