Yerevanda silahlı qrup həkimləri girov götürüb
Yerevanda silahlı qrup onların tələbi ilə xəsarət alanlara yardım etmək üçün gəlmiş həkimləri girov götürüb.
27 İyul 2016 12:31 DünyaYerevanda silahlı qrup onların tələbi ilə xəsarət alanlara yardım etmək üçün gəlmiş həkimləri girov götürüb.
TASS agentliyi məlumat verir.
Həkimlərin azad edilməsi üçün danışıqlar aparılır.
Qeyd edək ki, iyulun 17-də bir qrup silahlı şəxs İrəvanda Daxili Qoşunların və polisin binasını ələ keçirib. Onlar müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azadlığa buraxılmasını tələb edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00