İrəvanda polis uşağı vəhşicəsinə döydü: 30 nəfər həbs olundu
İrəvanda dünən axşam keçirilən etiraz aksiyası zamanı 30 nəfər saxlanılıb. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, polislər etirazçıların Sarkisyanın istefası ilə bağlı plakatlarını dağıdıblar. Daha sonra etirazçılar qərara alıblar ki, aksiyanı sabah davam etdirsinlər. Etirazçılar ərazini tərk edəndən sonra polisin əl-qolu açılıb və həbslər başlanıb.
27 İyul 2016 12:11 Dünyaİrəvanda dünən axşam keçirilən etiraz aksiyası zamanı 30 nəfər saxlanılıb. Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, polislər etirazçıların Sarkisyanın istefası ilə bağlı plakatlarını dağıdıblar. Daha sonra etirazçılar qərara alıblar ki, aksiyanı sabah davam etdirsinlər. Etirazçılar ərazini tərk edəndən sonra polisin əl-qolu açılıb və həbslər başlanıb.
Məlumata görə, polis jurnalistlər də daxil olmaqla qarşılarına çıxanı həbs ediblər. İnsanlar nömrəsiz olan mülki avtomobillərlə aparılıblar.
"Epress" qəzetinin müxbiri deyir ki, onun gözləri qarşısında 13-14 yaşlı oğlan polis tərəfindən vəhşicəsinə döyülüb.
Qeyd edək ki, etiraz aksiyası dağıdıldıqdan sonra polis qüvvələri binanı tutan qiyamçılara qarşı əməliyyat keçirib. Nəticədə, bir polis və silahlı qrupun lideri Panuk Manukyanla oğlu Aram Manukyanyaralanıb. İki qiyamçı polisə təslim olub. Hazırda Panuk Manukyan və oğlunun vəziyyəti ağırdır.
***
İrəvanda iyulun 17-də silahlı qrup tərəfindən ələ keçirilmiş polis alayının binası qarşısında silahlıları dəstəkləyən 30-dək etirazçı saxlanılıb.
APA bildirir ki, polislər Ermənistan prezidenti Serj Sarkisyanın istefası tələblərinin əks olunduğu plakatları qopararaq, cırıblar.
Qeyd edək ki, ötən gecə atışma nəticəsində silahlı qrupun 4 üzvünün yaralandığı və iki üzvünün polisə təslim olduğu bildirilib.