Gürcüstandan Rusiyanı qəzəbləndirəcək QƏRAR
Gürcüstan Mərkəzi Seçki Komissiyası NATO-ya giriş üzrə referendum keçirməkdən imtina edib.
27 İyul 2016 12:12 DünyaGürcüstan Mərkəzi Seçki Komissiyası NATO-ya giriş üzrə referendum keçirməkdən imtina edib.
Publika.az bildirir ki, bu barədə "Kartuli Dasi" partiyasının lideri Condi Baqaturiyajurnalistlərə deyib.
Partiya referendumun 8 oktyabrda keçirilməsi təşəbbüsü ilə çıxış etmişdi.
"Təəssüf ki, Mərkəzi Seçki Komissiyası aktual bir məsələ üzrə referendumun keçirilməsi haqqında bizim təşəbbüsümüzü rədd etdi. Son illərdə Gürcüstan əhalisinin NATO-ya münasibəti əhəmiyyətli dərəcədə dəyişdi. Bu gün həmvətənlərimizin çoxu arzu edirlər ki, Gürcüstan hərbi bloklara daxil olmasın və neytral ölkə olsun", - partiya sədri qeyd edib.
O bildirib ki, partiyası Mərkəzi Seçki Komissiyasının qərarından məhkəməyə şikayət etmək niyyətindədir.
Parlamentin sabiq spikeri Nino Burcanadzenin lideri olduğu "Demokratik Gürcüstan" Partiyası da hərbi bloklara qoşulmamaq kursunu dəstəkləyir.