Polis məntəqəsinin yaxınlığında özünü partlatdı: ölən və yaralılar var

Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Bağdadın şimalında terrorçu-kamikadzenin hücumu nəticəsində azı iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Report bildirir ki, İraq Daxili İşlər Nazirliyindəki mənbə terrorçu-kamikadzenin əş-Şula rayonunda polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında özünü partlatdığını deyib.

Polisin ilkin hesablamasına görə, terror qurbanları arasında hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı da var.

Qeyd edilib ki, ölənlərin sayı arta bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00