Gündəm

İrəvanda həkimləri girov götürən qiyamçıların TƏLƏBİ

27 İyul 2016 15:23

Yerevanda post-patrul xidməti alayının binasında təcili-tibbi yardım həkimlərini girov götürən silahlı qruplaşma girovların azad edilməsi qarşılığında öz şərtlərini irəli sürüb.

Baş redaktor: "Dəyişikliklər müstəqil Azərbaycan tarixində yeni mərhələ açacaq"

27 İyul 2016 15:21

“Bu ilin sentyabr ayında keçiriləcək referendum ölkəmizin müstəqillik tarixində dördüncüsü olacaq. 1993, 2002, 2009-cu illərdə keçirilmiş və bu il baş tutacaq referendumların 3-ü konstitusiyaya dəyişikliklərlə bağlıdır. Ümumiyyətlə, referendumlar müstəqil Azərbaycanın tarixində çox əlamətdar dövlərdə olub. Onların hər biri ölkənin müstəqillik tarixində yeni bir mərhələnin başlanğıcını qoyub və əsaslarını yaradıb. Şübhə etmirəm ki, konsititusiyaya ediləcək bu dəfəki dəyişikliklər də müstəqil Azərbaycanın tarixində yeni mərhələ açacaq, həmin mərhələnin  qanunvericilik və dövlət sisteminin əsaslarını müəyyənləşdirəcək”. Bunu SİA-ya açıqlmasında “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

İstanbulda dövlət çevrilişi cəhdi ilə bağlı 2 224 nəfər barəsində həbs qətimkan tədbiri seçilib

27 İyul 2016 15:18

İstanbulda Türkiyədə dövlət çevrilişi cəhdi ilə bağlı 2 224 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. 

Avstraliya sakini lotereyada tropik ada qazanıb

27 İyul 2016 15:17

Avstraliya sakini əsas mükafatı Kusaie tropik adası olan lotoreyanın qalibi olub.

Bakıda Rusiya vətəndaşı olan erməni casusu tutulub?

27 İyul 2016 15:13

Sosial şəbəkələrdə Azərbaycanda Rusiya vətəndaşı Marat Ueldanovun saxlanılması barədə məlumat və şərhlərin yayılması ilə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyi rəsmi bəyanat yayıb.

Türkiyəni Fətullahın cinləri xərab edib?

27 İyul 2016 15:11

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin arxasında FETÖ, yəni Fətullahçı Terror Örgütünün dayandığı əsas versiyadır, yaxud Türkiyədə artıq sübut edilmiş hesab olunan həqiqətdir. Bu versiyaya görə Fətullah Gülən uzun illərdir öz adamlarını Türkiyə Silahlı Qüvvələrinə yerləşdirib, onları general, ordu generalı rütbələrinə qədər irəlilədib və sonda Ərdoğanı devirmək üçün düyməyə basıb. Bəs Fətullah Gülən bu qədər generalı, Türkiyə ordusunun minlərlə, yaxud on minlərlə personalını, zabitlərini necə ələ ala bilib? Axı Türkiyə Silahlı Qüvvələri ənənəvi olaraq qatı Atatürkçü hesab olunurdu?

Azərbaycanlı qız Acunun kanalında rekord qırdı

27 İyul 2016 15:08

Azərbaycanlı ifaçı Məltəm Abbasova “Rising Star Türkiyə” səs yarışmasına qatılıb.

Ermənistandakı daxili siyasi vəziyyətin Qarabağ probleminin həllinə təsiri

27 İyul 2016 14:58

Ermənistanda daxili siyasi vəziyyət hər ötən gün daha da gərgin xarakter alır. İyulun 17-dən müxalif "Təsis parlamenti" vətəndaş təşəbbüsünün əlaqələndiricisi olan Jirayr Sefilyanın azad edilməsi tələbi ilə polis idarəsinə edilən silahlı hücum və bunun ardınca paytaxt İrəvanda keçirilən kütləvi aksiyalar Sərkisyan hakimiyyəti üçün əməllicə başağrısına çevrilib.

Vergilər Nazirliyində yeni təyinat

27 İyul 2016 14:56

Vergilər Nazirliyində yeni təyinat olub. Əflatun Məmmədov Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi təyin edilib.

Deputatlar arasında narahatçılıq yaranıb

27 İyul 2016 14:54

“Parlament və deputatların fəaliyyəti ilə bağlı Konstitusiyaya dəyişikliklərin referenduma çıxarılması məsələsi məndə də müəyyən narahatlqlar yaradır.

Hərbi liseylərə qəbul imtahanları keçiriləcək

27 İyul 2016 14:53

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 29-da Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 3 binada təşkil olunacaq.

Beynəlxalq layihənin icrasında nöqsanlar aşkar edildi

27 İyul 2016 14:51

Hesablama Palatasının Kollegiyası “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” layihəsi üzrə vəsaitlərdən istifadəyə dair auditin nəticələri ilə bağlı Auditorun Hesabatını müzakirə edərək təsdiq edib. Palatadan “Olaylar”a verilən məlumata görə, “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək” Layihəsinin qiyməti ilkin olaraq 114,3 milyon ABŞ dolları məbləğində müəyyən edilib, o cümlədən Dünya Bankının maliyyələşdirdiyi məbləğ 80,0 milyon ABŞ dolları, Azərbaycan Hökumətinin maliyyələşdirdiyi məbləğ isə 34,3 milyon ABŞ dolları məbləğində nəzərdə tutulub.

Bakıda IX sinfi bitirmiş məzunlara xüsusi nümunəli şəhadətnamə veriləcək

27 İyul 2016 14:49

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva 2015-2016-cı dərs ilində Bakı şəhərinin ümumi təhsil müəssisələrinin IX sinfini bitirmiş məzunlara xüsusi nümunəli şəhadətnamələrin verilməsi barədə əmr imzalayıb.

Əhməd Davudoğlu: Azərbaycan Türkiyə-Rusiya əlaqələrinin normallaşmasına töhfə verdi

27 İyul 2016 14:47

Türkiyənin Azərbaycan və Qazaxıstanla məsləhətləşmələri Rusiya ilə münasibətlərin normallaşmasına öz töhfəsini verdi.

Səhiyyə Nazirliyindən özəl klinikadakı körpə ölümü ilə bağlı açıqlama

27 İyul 2016 14:45

Səhiyyə Nazirliyi "Baku Medical Plaza"da yeni doğulan körpənin ölümü ilə bağlı heç bir araşdırma aparmır.