Türkiyəni Fətullahın cinləri xərab edib?

Türkiyədə iyulun 15-də baş vermiş hərbi çevriliş cəhdinin arxasında FETÖ, yəni Fətullahçı Terror Örgütünün dayandığı əsas versiyadır, yaxud Türkiyədə artıq sübut edilmiş hesab olunan həqiqətdir. Bu versiyaya görə Fətullah Gülən uzun illərdir öz adamlarını Türkiyə Silahlı Qüvvələrinə yerləşdirib, onları general, ordu generalı rütbələrinə qədər irəlilədib və sonda Ərdoğanı devirmək üçün düyməyə basıb. Bəs Fətullah Gülən bu qədər generalı, Türkiyə ordusunun minlərlə, yaxud on minlərlə personalını, zabitlərini necə ələ ala bilib? Axı Türkiyə Silahlı Qüvvələri ənənəvi olaraq qatı Atatürkçü hesab olunurdu?

Ankara meri Melih Gökçək deyir ki, bu işin arxasında cinlər var. Yəni Fətullah Gülən insanları cinlərin köməyi ilə yoldan çıxarır və özünə tabe etdirir. Virtualaz.org xəbər verir ki, Melih Gökçək bu haqda CNN Türk telekanalına müsahibəsində danışıb, Fətullahın onun özünü də cinlərin köməyi ilə ələ almağa cəhd göstərdiyini deyib.

Melih Gökçek cinlərə keçməzdən əvvəl müsahibəsində maraqlı detal açıqlayıb. Deyib ki, hərbi çevriliş cəhdi baş verərkən o, Ankarada bələdiyyə binasında Rusiya prezidenti Vladimir Putinin müşaviri Aleksandr Duqinlə söhbət edirmiş. Qeyd edək ki, Duqin rəsmən Putinin müşaviri deyil, ancaq Putinin irəli sürdüyü Avrasiya İttifaqı ideyasının "xaç atasıdır", bütün fəaliyyətini "yeni SSRİ" də adlandırılan bu ittifaqın qurulmasına həsr edib.

"Duqini yola saldıqdan sonra saat 10 radələrində mən də binadan ayrıldım, yolda F-16 qırıcılarını gördük. Mən evimə yaxın bir gecəqonduya getdim, sonradan öyrəndim ki, qiyamçılar məndən cəmi 20 dəqiqə sonra bələdiyyə binasına gediblər"-Gökçək deyib.

Ankara meri bildirib ki, Fətullah Gülən bu çevriliş cəhdi də daxil olmaqla bir çox hadisələri cinlərin əli ilə törədib. "Sizə çox komik gələ bilər, ancaq bunu maraqlı metodla edir. Üç hərflilərlə (cinlərlə) edr. Hər kəs bundan sonra bir az da onu müzakirə etsin. İnsanları cinlərlə əsir alır. Baxın, ətrafımızda bir çox insanın bəlli məsələlərdə əsir alındığı ortadadır. Belə bir qabiliyyəti var. Onlara xaşxaşilər deyilməsinin səbəbi də budur. (Xaşxaşilər şiəliyin İsmailiyyə məzhəbinin Nizarilər qoluna aid qruplaşmadır, tarixdə ilk mütəşəkkil terror təşkilatı hesab edilir, siyasi məqsədli qətllər törətməklə ad çıxarıb.-red). İnsanlara cadu edilir və ələ alınır. Bir dönəmdə mənə də gətirdilər. Onun (Fətullah Gülənin) bu cür (əliylə göstərir) kiçik qızı şeyi var. Qızıl yox, dəyərli başqa metal var, ondan paylayırlar. Deyirlər ki, bu üzərində olduğu təqdirdə sən hər şeydən qorunursan. Bir də duaları var, içərisində bir sıra formullar yer alır. Bunlarla insanları əsir alırlar".

Ankara meri deyib ki, Fətullahın adamlarının onun yaxın ətrafındakı şəxslərdən birini cinlərin köməyi ilə ələ aldığının şahidi olub. "Çox yaxınımdakı bir şəxsin üç həflilərlə nə hala gətirildiyini, öləcək hala gəldiyini bilirəm. Bu cadunu bir cür pozanları da var. Ondan sonra adamın necə cadu edildiyi, əsir alındığı ortaya çıxdı. Cadunun necə pozulacağı söyləndi. Bir quyunun içindən bıçaq çıxdı, onu götürüb dənizə atdılar və qadıncığaz düzəldi. Bunu yaşadıq"-Melih Gökçək deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00