Azərbaycanlı qız Acunun kanalında rekord qırdı
Azərbaycanlı ifaçı Məltəm Abbasova “Rising Star Türkiyə” səs yarışmasına qatılıb.
27 İyul 2016 15:08 DünyaAzərbaycanlı ifaçı Məltəm Abbasova "Rising Star Türkiyə" səs yarışmasına qatılıb.
Məlumata görə, keçən il eyni telekanalda "O səs Türkiyə"də iştirak edən Məltəm bu dəfə Sem Braunun "Stop" mahnısı ilə izləyici qarşısına çıxıb. Yarışmada builki ən yüksək səs faizini (94) yığaraq rekord qıran həmyerlimiz növbəti mərhələyə adlayıb.
Qeyd edək ki, Acun İlıcalının rəhbəri olduğu TV8-də yayımlanan "Rising Star"ln münsiflər heyətinə müğənnilər İrem Derici, Yılmaz Morgül, Mustafa Sandal və həyat yoldaşı Emine Sandal daxildir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00