Gündəm
Almaniyada iki qrup arasında atışma: yaralı var
Almaniyanın Köln şəhərində naməlum şəxslərin atışması nəticəsində bir nəfər xəsarət alıb.
Ermənistanda əsgərləri daşıyan avtomobil qəzaya düşüb, 8 nəfər yaralanıb
Yerevanda Ermənistan Silahlı Qüvvələrinə məxsus avtomobilin qəzaya uğraması nəticəsində 8 əsgər yaralanıb.
Mövlud Çavuşoğlu: "Türkiyə oktyabrdan Aİ ilə vizasız rejimin tətbiq ediləcəyini gözləyir"
"Avropa İttifaqı oktyabr ayının sonuna qədər Türkiyə ilə vizasız rejim tətbiq etməsə, miqrasiya sazişlərinin həyata keçirilməsi təhlükə altında olacaq".
Sabah Azərbaycanın bəzi rayonlarında şimşək çaxacaq, yağış yağacaq
Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Prezident İlham Əliyev: "Almaniya ilə əməkdaşlığımız çox fəal mərhələdədir"
Məlumata görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev avqustun 15-də Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrabın etimadnaməsini qəbul edib.
İstirahət günləri yol-nəqliyyat hadisələrində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb
Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
ASAN xidmət bu gündən Nardaranda
Səyyar ASAN xidmət 15 - 24 avqust tarixlərində Sabunçu rayonunun Nardaran qəsəbəsində vətəndaşlara səyyar formada xidmət göstərəcək.
Ermənistan vətəndaşı Azərbaycana keçdi
Avqustun 7-də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.
"Rio-2016"nın mükafatlandırma mərasimində evlilik təklifi
"Rio-2016" Yay Olimpiya Oyunlarında üçmetrlik tramplindən tullanmada gümüş medal qazanan çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb. SİA-nın məlumatına görə, medalını almaq üçün kürsüyə qalxan 25 yaşlı He Zi sürprizlə qarşılaşıb. Sevgilisi, kişilər arasında üçmetrlik tramplinlə tullanmada bürünc medal qazanan Qin Kai onun qarşısında diz çökərək yüzlərlə izləyici önündə evlilik təklif edib. Çinli xanım idmançı təklifə göz yaşları içində razılıq verib.
Millət vəkili: “Şoyqunun təcili gəlişi ciddi mətləblərdən xəbər verir”
“Rusiya prezidenti Vladmir Putinin Bakıya səfərindən heç 5 gün ötməmiş Azərbaycanın müdafiə naziri Zakir Həsənov Moskvaya getdi. Zakir Həsənovun Moskvaya səfərindən cəmisi bir gün sonra isə Rusiyanın müdafiə naziri Sergey Şoyqu Bakıya gəldi”. SİA-nın məlumatına görə, bunu millət vəkili Sahib Alıyev deyib.
Nəriman Abdullayev: "Lorenso daha yaxşı döyüş nümayış etdirdi"
"Fransız boksçusu güclü rəqib idi. Lakin bugünkü qarşılaşmada öz işini görə bilmədi".SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında boks üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Nəriman Abdullayev deyib.
Politoloq: “7 rayonun qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir” AÇIQLAMA
“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşləri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskva səfəri Avrasiya məkanında yeni düzəni formalaşdıra bilər. Əgər Rusiya və İran türk dövlətləri ilə hiyləsiz , dürüst siyasət və münasibətlər qurmaq niyyətlərini əməldə göstərə bilsələr bölgədə qarşısı alınmaz inkişafın perespektivləri görünür”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.
Bu abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər!
Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Trend-ə verilən məlumatda deyilir.
Azərbaycana keçmiş Ermənistan vətəndaşı ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb
Avqustun 7-də Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisinə keçdiyi üçün Azərbaycan hərbçiləri tərəfindən saxlanılmış Ermənistan Respublikasının vətəndaşı, 1954-cü il təvəllüdlü Agetyan Henrix Sayerbekoviçlə bağlı aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılıb.














