"Rio-2016"nın mükafatlandırma mərasimində evlilik təklifi
"Rio-2016" Yay Olimpiya Oyunlarında üçmetrlik tramplindən tullanmada gümüş medal qazanan çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb. SİA-nın məlumatına görə, medalını almaq üçün kürsüyə qalxan 25 yaşlı He Zi sürprizlə qarşılaşıb. Sevgilisi, kişilər arasında üçmetrlik tramplinlə tullanmada bürünc medal qazanan Qin Kai onun qarşısında diz çökərək yüzlərlə izləyici önündə evlilik təklif edib. Çinli xanım idmançı təklifə göz yaşları içində razılıq verib.
15 Avqust 2016 13:36 İdman"Rio-2016" Yay Olimpiya Oyunlarında üçmetrlik tramplindən tullanmada gümüş medal qazanan çinli idmançı He Zi mükafatlandırma mərasimində evlilik təklifi alıb. SİA-nın məlumatına görə, medalını almaq üçün kürsüyə qalxan 25 yaşlı He Zi sürprizlə qarşılaşıb. Sevgilisi, kişilər arasında üçmetrlik tramplinlə tullanmada bürünc medal qazanan Qin Kai onun qarşısında diz çökərək yüzlərlə izləyici önündə evlilik təklif edib. Çinli xanım idmançı təklifə göz yaşları içində razılıq verib.
He Zi verdiyi açıqlamada bu təklifi gözləmədiyini, ancaq 6 illik sevgilisini sevdiyi və güvəndiyi üçün təklifini qəbul etdiyini bildirib.