İstirahət günləri yol-nəqliyyat hadisələrində 8 nəfər ölüb, 25 nəfər xəsarət alıb

Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Azərbaycanda istirahət günləri baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 13-də respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Avqustun 14-də isə respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 6 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31