Nəriman Abdullayev: "Lorenso daha yaxşı döyüş nümayış etdirdi"

"Fransız boksçusu güclü rəqib idi. Lakin bugünkü qarşılaşmada öz işini görə bilmədi".SİA-nın məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədovaya açıqlamasında boks üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Nəriman Abdullayev deyib.

O, Azərbaycan təmsilçisi Lorenso Sotomayorun qarşılaşmaya daha yaxşı hazır olduğunu qeyd edib: "Lorenso Sotomayor bu yarışa psixoloji cəhətdən daha yaxşı hazır idi və çox gözəl qələbə qazandı. Hakimlər də buna rəy verdilər".

Baş məşqçi bildirib ki, digər görüşlərlə müqayisədə Lorenso bu gün daha yaxşı döyüş nümayış etdirib: "Rəqib güclü idi. Biz onu tanıyırdıq. Lorenso bugünkü görüşdə çox yaxşı təsir bağışladı. Hiss olunurdu ki, çox rahat görüşdür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31