Politoloq: “7 rayonun qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir” AÇIQLAMA

“Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşləri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskva səfəri Avrasiya məkanında yeni düzəni formalaşdıra bilər. Əgər Rusiya və İran türk dövlətləri ilə hiyləsiz , dürüst siyasət  və münasibətlər qurmaq niyyətlərini əməldə göstərə bilsələr bölgədə qarşısı alınmaz inkişafın perespektivləri görünür”. Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

"Azərbaycan Prezidenti İlham Əliyev, Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin üçtərəfli görüşləri və Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Moskva səfəri Avrasiya məkanında yeni düzəni formalaşdıra bilər. Əgər Rusiya və İran türk dövlətləri ilə hiyləsiz , dürüst siyasət  və münasibətlər qurmaq niyyətlərini əməldə göstərə bilsələr bölgədə qarşısı alınmaz inkişafın perespektivləri görünür". Bunu SİA-ya politoloq Vasif Əfəndiyev deyib.

"Çox istərdik ki, Rusiya və İran Azərbaycan və Türkiyə ilə ən yüksək səviyyədə dostluq və qardaşlıq əlaqələri qursunlar. Lakin son illərin təcrübəsi bir qədər tələsməməyi və bu dəfə də ehtiyatlı olmağı diqtə edir. Bəyanatda 5 rayonun qaytarılması deyilsə də əslində bu Azərbaycana edilən güzəşt kimi qələmə verilməyə çalışılır. Əvvəla Qarabağ ətrafındakı 5 rayonun deyil, 7 rayonun qeyri-şərtsiz qaytarılması bütün beynəlxalq təşkilatların tələbidir. Rusiya və İran tərəfi indiyə qədər  bu tələbin yerinə yetirilməməsi istiqamətində Ermənistana ən yüksək səviyyədə dəstək vermiblər. 5 rayonun geri qaytarılması mesajları isə Azərbaycan dövlətinin aprel əməliyyatlarının nəticəsidir. Ona görə  regionda sülhün təminatı və iqtisadi islahatların aparılması Rusiyanın atacağı addımlardan sonra həyata keçirilə bilər. Əks tədirdə indiyə qədər balanslaşdırılmış siyasət yürüdən Azərbaycan bu dəfə Rusiyada üzünü birdəfəlik döndərə bilər" - deyə, Vasif Əfəndiyev sözlərinə əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31