Gündəm
“Sasna-Srer” üzvləri bankomat yarıblar İSTİNTAQ
İrəvanda iyul hadisələri zamanı polis alayına məxsus binanı zəbt edərək bir neçə gün müqavimət göstərən “Sasna-Srer” qruplaşması üzvlərinə qarşı daha bir ittiham irəli sürülüb. SİAerməni KİV-nə istinadən xəbər verir ki, onlar barədə aparılan istintaq zamanı müəyyən edilib ki, silahlı qruplaşma üzvləri polis alayının həyətində “Akba-Kredit Aqrikol-bak”a məxsus bankomatı sındıraraq orada yerləşən 14 milyon dram (Ermənistanın pul vahidi-red) pulu mənimsəyiblər.
Canlı yayımda Beren Saatın adını sildi- video
Beyaz TV-də "Söylemezsem Olmaz" proqramının şərhçilərindən olan müğənni Nihat Doğan canlı efirdə aktrisa Beren Saatın adının üstündən xətt çəkib.
Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşür
Məlum polis məntəqəsinə basqın olayından sonra Ermənistanda cərəyan edən proseslər işğalçı ölkənin prezidenti Serj Sərkisyan üçün hər ötən gün arzuedilməz bir situasiyaya çevrilir. Maraqlıdır ki, Ermənistanda baş verən hadisələr barədə yanaşmalar da müxtəlifdir. Bəziləri işğalçı ölkə rəhbərliyinin danışıqlar prosesindən yayınmaq üçün belə bir plana əl atdığını iddia edirsə, digər bir qism isə hesab edir ki, artıq Sərkisyan həm Rusiya, həm də Qərb üçün arzuedilməz bir fiqurdur və tezliklə o, hakimiyyətdən uzaqlaşdırılacaq.
İrandan qalxan Rusiya təyyarələri Suriyada İŞİD mövqelərinə zərbələr endirib
İrandakı hərbi bazadan havaya qalxan Rusiyanın Tu-22M3 və Su-34 bombardmançı təyyarələri bu gün Suriyada terrorçuların mövqelərinə aviazərbələr endirib.
Qaçaq telefonları ələ keçirdilər
Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikası ərazisinə mobil telefonların qaçaqmalçılıq yolu ilə gətirilməsinə cəhdin qarşısı alınıb.
XƏBƏRDARLIQ: satışda saxta məktəbli formaları var
"Bakı Tikiş Evinin adından saxta və standartlara uyğun olmayan məktəbli geyimlərinin satışa çıxarılması ilə bağlı məlumatlar almışıq".
Azərbaycanda daha bir tarixi tapıntı
Ağcabədi rayonunun Minəxorlu kəndi yaxınlığında - Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq edir
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Ohrid şəhərində mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak edib.
Peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir
2016-2017- ci tədris ili üzrə ilk peşə-ixtisas təhsili müəssisələrinə şagird qəbulu “ASAN peşə” layihəsi çərçivəsində həyata keçirilir.
Havaya uçan pullar
Hər ilin bu vaxtları ailələrdə fərqli bir həyəcan başlayır. Ali məktəblərə imtahan verən abituriyentlərin valideynləri, qohumları, dostları, müəllimləri imtahan günlərində keçirdikləri həyəcanı sonrakı günlərdə də yaşayırlar. Nəticələr bəlli olandan sonra ixtisas seçimində yaranan gərginlik bir neçə gün davam edir.
Siyavuş Novruzov: “Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur”
"Azərbaycanda siyasi baxışlarına görə həbs olunan yoxdur. Kimsə qanun pozuntusuna yol verirsə, məsuliyyətə cəlb edilə bilər. Burada onun siyasi kimliyi önəmli deyil".
Ermənistan və Rusiya müdafiə nazirləri hərbi əməkdaşlıq məsələlərini müzakirə ediblər
Bu gün İrəvanda Ermənistan müdafiə naziri Seyran Ohanyan Rusiya müdafiə naziriSergey Şoyqu ilə görüşüb.
Ermənistanda KTMT-yə üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir
Bu gün Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinin toplantısı keçirilir.
Rusiya MN: Ermənistandakı bazamız Qafqazda sabitliyin təminatçısıdır
“Rusiyanın Ermənistandakı hərbi bazası Qafqazda sabitliyin təminatçısıdır”.














