Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq edir

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Ohrid şəhərində  mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak edib.

 Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri Ohrid şəhərində  mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a bildirilib ki, artıq 7 ildir həyata keçirilən bu proqram Makedoniya Prezidenti Georgi İvanovun təşəbbüsü ilə baş tutur.  Açılış mərasimində Prezident G.İvanovla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və İsgəndəriyyə Kitabxanasının  direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin  iştirak edib, nitq söyləyiblər. Onlar həmçinin, açılış mərasimindən sonra Makedoniya Prezidenti G. İvanovun qəbulunda olublar. Qəbul zamanı NGBM ilə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq 3 ildir ki, Prezident G. İvanovun Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq  edir. Məktəbin proqramına tanınmış məruzəçilərin liderlik və idarəetmə sahələrində oxuduğu məruzələr və keçdiyi təlimlər daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31