Azərbaycanla Rusiyanın maraqları üst-üstə düşür
Məlum polis məntəqəsinə basqın olayından sonra Ermənistanda cərəyan edən proseslər işğalçı ölkənin prezidenti Serj Sərkisyan üçün hər ötən gün arzuedilməz bir situasiyaya çevrilir. Maraqlıdır ki, Ermənistanda baş verən hadisələr barədə yanaşmalar da müxtəlifdir. Bəziləri işğalçı ölkə rəhbərliyinin danışıqlar prosesindən yayınmaq üçün belə bir plana əl atdığını iddia edirsə, digər bir qism isə hesab edir ki, artıq Sərkisyan həm Rusiya, həm də Qərb üçün arzuedilməz bir fiqurdur və tezliklə o, hakimiyyətdən uzaqlaşdırılacaq.
16 Avqust 2016 13:29 SosialErmənistan çətin sınaq qarşısında
Məlum polis məntəqəsinə basqın olayından sonra Ermənistanda cərəyan edən proseslər işğalçı ölkənin prezidenti Serj Sərkisyan üçün hər ötən gün arzuedilməz bir situasiyaya çevrilir. Maraqlıdır ki, Ermənistanda baş verən hadisələr barədə yanaşmalar da müxtəlifdir. Bəziləri işğalçı ölkə rəhbərliyinin danışıqlar prosesindən yayınmaq üçün belə bir plana əl atdığını iddia edirsə, digər bir qism isə hesab edir ki, artıq Sərkisyan həm Rusiya, həm də Qərb üçün arzuedilməz bir fiqurdur və tezliklə o, hakimiyyətdən uzaqlaşdırılacaq.
Millət vəkili Sahib Alıyev də hesab edir ki, son zamanlar Ermənistan prezidenti Serj Sərkisyana qarşı baş qaldıran narazılıq dalğasını bizdə daha çox Ermənistanda yaranmış acınacaqlı vəziyyətlə əlaqələndirirlər. Onun szlərinə görə, bu narazılıqları bir tərəfdən Sərkisyanın özü, digər tərəfdən isə Qərbdəki bəlli çevrələr təşkil edir: "Paradoksal görünsə də, Sərkisyan özünə qarşı yönələn belə bir vəziyyətin yaranmasında ona görə maraqlıdır ki, bununla Dağlıq Qarabağ probleminin həlliylə bağlı təzyiqlərin yaxşı heç nəyə aparıb çıxarmayacağı, Ermənistanda çeviriliş olacağı və hakimiyyətə daha sərt xətt tərəfdarlarının gələcəyi ortaya çıxır. Qərbdəki bəlli çevrələr bu narazılıq dalğasını ona görə təşkil edirlər ki, onlar problemi Rusiyanın çözməsini və həm də özü istədiyi kimi çözməsini istəmirlər. Bunu açıq şəkildə demir, üzdə hətta Moskvanın bu yöndə atdığı addımları dəstəklədiklərini bildirirlər. Altda isə erməni dövlətindən qat-qat güclü olan erməni diasporunu ayağa qaldırırlar.
Baxın, Los Ancelesdəki ermənilər sonuncu aksiyalarında Sərkisyandan indiyədək göndərdikləri pulların geri qaytarmasını və istefasını tələb edirlər. Göndərdikləri pulların əkəsriyyətini oradakı cinayətkar rejimin mənimsədiyini guya onlar indi biliblər? Əlbəttə yox. Elə isə son bir neçə ayadək hər gedişində az qala ayağının altında qurban kəsdikləri Sərkisyan birdən-birə onların güzündən niyə düşüb? Bir daha vurğulayıram bütün bunlar Dağlıq Qarabağ probleminin həlli və Rusiyanın bu məsələdə oynamaq istədiyi rolla bağlıdır.
Rusiyaya gəldikdə orada problemin tam həlli istənilirmi, bu, Moskvanın marağındadırmı? Xeyr. Ancaq dəyişən geosiyasi reallıqlar, özəlliklə də aprel döyüşlərindən sonra yaranmış durum Rusiyaya Qarabağ probleminin tam da olmasa müəyyən bir mərhələyədək həllini, yəni bir neçə rayonumuzun geri qaytarılmasını diqtə edir. Ən azından normal məntiqə görə, Moskva məhz bu cür davranmalıdır, bu cür davranış onun işinə daha çox yarayır. Əks təqdirdə Azərbaycanın apreldə olduğu kimi torpaqlarını özü qaytarmağa qalxacağı və bunun da Rusiyanın da yan qaça bilməyəcəyi, onun özünə də yaxşı heç nə vəd etməyən savaşa aparıb çıxaracağı göz qabağındadır.
Bəzən deyirlər ki, bizim regionda savaş Qərbin maraqlarına cavab vermir. Çünki belədə Xəzərin neft və qazının daşındığı kəmərlər təhlükə altında qalırlar. Əgər Qərb deyəndə söhbət təkcə Avropadan gedirsə, doğru yanaşmadır. Yox, Amerika da nəzərdə tutlursa, zənnimcə, yanılışlıq var. Unutmayaq ki, indi Amerika artıq özü nəhəng neft və qaz ixracatçısına çevirlməkddədir. Əgər burada regionun böyük dövlətlərinin də yan qaça bilməyəcəyi savaş baş qaldırarsa, onda Vaşinqton bundan ancaq uda bilər. Çünki bir tərəfdən Yaxın Şərqdəki kimi regionun bütün dövlətlərini, o sıradan Rusiya, Türkiyə və İranı da zəif salacaq yeni xaos bölgəsi yaranır. Digər tərəfdən Avropanın Amerikadan asılılığı (bura artıq yanacaq asılılığı da əlavə olunur) daha da artır. Təbii ki, belə bir savaş neft və qazın qiymətinin qalxmasına da təsir edəcək. Ancaq qiymətin artacağı təqdirdə bundan ən çox qazanan başları xosa qarışmış Rusiya və İran kimi nəhəng karbohidrogen yataqlarına sahib ölkələr deyil, şist neftinin geniş həcmdə çıxarılmağa başlandığı Amerika olacaq". Sahib Alıyevin qənaətincə, indi elə bir vəziyyət yaranıb ki, Dağlıq Qarabağ probleminə yanaşmada Rusiya ilə Azərbaycanın, Qərblə isə Ermənistanın maraqları üst-üstə düşür: "Yəni Rusiya savaşdan qaçılması üçün problemin çözümündə müəyyən irəliləyişlərin olmasını istəyir ki, bu bizə də lazımdır. Ona görə lazımdır ki, bir neçə rayonumuz böyük xərclərə gedilmədən (istənilən savaş xərc tələb edir), ən əsası isə şəhid verilmədən geri qaytarılır. Və bu heç də o demək deyil ki, biz qalan torpaqlarımızdan vaz keçirik. Xeyr, əksinə bu o deməkdir ki, digər torpaqlarımızın da geri qayratılmasının yolu açılır. Ona görə Azərbaycanla Rusiyanın maraqlarının hazırda tam da olmasa üst-üstə düşdüyünü deyirik. Qərbin marağı isə diqtə edir ki, ya status kvo qorunub saxlansın ( belə bir vəziyyət hər iki tərəfə, özəlliklə də güclənməsini istəmədikləri Azərbaycana təzyiq üçün əlverişlidir), ya məsələ Ermənistanın xeyrinə həll edilsin və bundan sonra onu öz forpostlarına çevirməyin yolu açılsın. Ya da regionda Türkiyə ilə Rusiyanın da kəllə-kəlləyə gələ biləcəyi savaş baş qaldırsın".
Süleyman