Gündəm
Rusiya banklarına "yeni şərait"lə bağlı xəbərdarlıq edilib
Rusiya bankları durğunluq və əhalinin real gəlirlərinin azalması ilə səciyyələnən yeni iqtisadi şəraitlə bağlı çıxılmaz vəziyyətə düşüb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə bankların kredit riskini qiymətləndirən FICO şirkətinin hesabatında qeyd olunub. Sənədə əsasən, bankların problemli kreditlərinin həcmi hələ də yüksək səviyyədə qalmaqdadır.
İtaliyada yeni yeraltı təkanlar olub
İtaliyada yeni yeraltı təkanlar qeydə alınıb.
Qubada hərbi hissədə “Dini radikalizmlə mübarizə yolları” konfransı keçirilib
Paralimpiyaçılarımız əlavə 3 lisenziya əldə ediblər
Rusiya idmançılarının “Rio-2016” Paralimpiya Oyunlarından kənarlaşdırılması Azərbaycana əlavə lisenziyalar qazandırıb. SİA-nın məlumatına görə, Paralimpiya Komitəsindən bildirilib ki, daha 3 paralimpiyaçımız Braziliyaya yola düşəcək. Belə ki, İdman Arbitraj Məhkəməsinin Rusiyanın əleyhinə çıxardığı qərardan sonra Beynəlxalq Paralimpiya Komitəsi onların 267 lisenziyasını digər ölkələr arasında bölüb.
Hacı Əliyev: "Olimpiya Oyunlarının hər bir medalı qiymətlidir”
"Mən və komanda yoldaşlarım əlimizdən gələni etdik. Sevinirəm ki, əvvəlki Olimpiya Oyunları ilə müqayisədə daha çox medal qazandıq. Bu 18 medal ölkəmizdə idmana və idmançılara göstərilən hərtərəfli qayğının bəhrəsidir". SİA-nın məlumatına görə, bu sözləri “Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı - Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.
Xain FETÖ planı Azərbaycanda ifşa olunur!
Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Sentyabrın 18-də Bakıda Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı başlanacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Heydər Əliyev Fondu və nazirliyin təşkilatçılığı ilə keçirilən ənənəvi festivala dahi bəstəkarın doğum günündə start veriləcək.
“Darvin bankası” yatağında əlavə 8 quyu qazılacaq
SOCAR-ın “Neftqaztikinti” Tresti “Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Darvin bankası” yatağındakı 740 nömrəli stasionar dəniz özülündə əlavə 8 quyunun qazılması məqsədi ilə yenidənqurma işlərini uğurla davam etdirir.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb
Rio-2016-da qanunsuz bilet alverində təqsirli bilinərək saxlanılan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin günahkar olduğunu təsdiqləyən faktlar aşkarlanıb. Apasport.az saytının məlumatına görə, bunu Braziliyanın Rio-de-Janeyro şəhərinin polis idarəsindən açıqlayıblar.
"Azerenerji": Enerji sistemində baş vermiş qəza zamanı Rusiyaya 200 meqavat gücündə enerji ötürülüb
Ötən gün Rusiyanın Sverdlovsk vilayətində yerləşən gücü 3 800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerji sistemi şəbəkədən açılıb, enerji sistemində güc çatışmazlığı yaranıb.
Tacikistanda 12 min nəfər amnistiyaya düşüb, 3 min məhbus azadlığa buraxılacaq
Tacikistan parlamenti ölkə müstəqilliyinin 25-ci ildönümü münasibəti ilə Amnistiya Aktı qəbul edib.
Şöbə müdiri: “Göyçayda zəhərlənmənin ət yeməklərindən baş verdiyi ehtimal olunur”
"Göyçay rayonunun Yekəxana kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmənin hansı qidadan baş verdiyi araşdırılır. Nəticələr yaxın bir-iki günə bilinəcək".
Dələduzluqda təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə qərarı elan olunub
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Şahin Əsgərovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Türkiyədə Baydenə etiraz
Türkiyədə ABŞ-ın vitse-prezidenti Co Baydenin səfərinə qarşı etiraz aksiyaları keçirilir.
"Türkiyənin Suriyaya daxil olması ciddi mesajdır"
Bu gün Türkiyə ordusu koalisiya təyyarələrinin dəstəyi ilə Suriyanın şimalındakı Cerablus şəhərini İŞİD terrorçularının azadetmə əməliyyatına başlayıb. Artıq Türkiyə ordusu və koalisiya qüvvələrinin birlikdə keçirdikləri əməliyyat nəticəsində Suriyanın Keklice qəsəbəsi İŞİD-dən təmizlənib.














