Gündəm

Ermənilər tərəfindən Aygün Kazımovaya qarşı təxribat

29 Avqust 2016 11:43

Almaniyada keçirilən "DAF bama mUsic Awards 2016" beynəlxalq mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülən Aygün Kazımova erməni təxribatı ilə qarşılaşıb. SİA-nın verdiyi xəbərə görə, xalq artisti konsertin başlamasına 3 saat qalmış məşq zamanı öyrənib ki, Almaniyanın Hamburq şəhərində keçirilən mərasimdə Ermənistanı təmsil edən müğənni Siruşonun səhnədə Azərbaycan xalq mahnısı "Sarı gəlin"i erməni mahnısı kimi təqdim edəcəyini və məhz bu mahnını ifa edəcəyini bilib.

Musa Quliyev: “Sosial layihələrin reallaşmasına təhlükə yoxdur”

29 Avqust 2016 11:40

“Azərbaycanda sosial layihələrin nə bu gün, nə də gələcəkdə reallaşmasına hər hansı təhlükə yoxdur”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev deyib.

Elmar Məmmədyarov Gürcüstana gedib

29 Avqust 2016 11:39

Xarici işlər naziri Elmar Məmmədyarov bu gün Gürcüstana rəsmi səfərə yola düşüb. Bu barədəSİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib. Səfər çərçivəsində nazir E.Məmmədyarovun gürcüstanlı həmkarı Mixeil Canelidze, parlametin sədri David Usupaşvili və Baş nazir Giorgi Kvirikaşvili ilə görüşləri nəzərdə tutulub. XİN rəhbəri ümummilli lider Heydər Əliyevin abidəsi və Qəhrəmanlar Memorialını ziyarət edəcək.

Brüsseldə partlayış baş verib

29 Avqust 2016 11:34

Belçika paytaxtı Brüsselin şimalında yerləşən Kriminalistika İnstitutuna gecə hücum edilib.

Beyons "MTV Video Music Awards 2016" mükafatına layiq görülüb

29 Avqust 2016 11:32

"Formation" bəstəsinə çəkilmiş videoklip müğənni Beyonsa MTV telekanalının "Video Music Awards 2016" mükafatını qazandırıb.

Honkonqda cinayətkar qrupların 150-dən çox üzvü həbs edilib

29 Avqust 2016 11:31

Honkonq polisi reyd zamanı Çinin bu xüsusi inzibati rayonunun cinayətkar qruplaşmalarının 150-dən çox üzvünü həbs edib.

İsveçrədə yüksək terror təhlükəsi elan olunub

29 Avqust 2016 11:30

İsveçrədə yüksək terror təhlükəsi səviyyəsi elan olunub.

Builki qəbul imtahanlarında 4 ali məktəbdə plan yerləri tam dolub - SİYAHI

29 Avqust 2016 11:29

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) ayrı-ayrı təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı (II mərhələdən sonra) haqqında statistik məlumatları açıqlayıb.

Yəməndə partlayış: 11 nəfər həlak olub

29 Avqust 2016 11:26

Bu gün səhər saatlarında Yəmənin cənubunda yerləşən Ədən şəhərində partlayış olub.

Dövlət Komitəsi: Üzvlərindən biri də nurçu olan hər hansı dini icma qeydiyyatdan keçməyib

29 Avqust 2016 11:24

İndiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən icma üzvləri hər hansı dini cərəyana, o cümlədən nurçuluğa mənsub olan şəxslərdən ibarət dini icma qeydiyyata alınmayıb.

Ərəb turistlər qış aylarında da Azərbaycanı seçəcəklər

29 Avqust 2016 11:20

Azərbaycana ərəb turistlər daha çox İraqdan gəlir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib.

Azərbaycanda pul dəfinəsi tapılıb

29 Avqust 2016 11:18

Cəlilabad rayonunun Uzuntəpə kəndi yaxınlığındakı orta əsrlərə (XII-XIII əsrlər) aid yaşayış yerindən pul dəfinəsi tapılıb.

Deputat: Antiazərbaycan mövqeyi ilə tanınan Riçard Kozlariçin ABŞ siyasətinə dəxli yoxdur

29 Avqust 2016 11:17

"Riçard Kozlariçin ABŞ-ın yürütdüyü siyasətə dəxli yoxdur. O, hazırda təqaüddə olan şəxsdir. Kozlariçin danışdıqlarının nə ABŞ siyasətinə, nə də ABŞ diplomatiyasına dəxli var. Bu insan bütün fəaliyyəti boyu antiazərbaycan mövqeyi ilə tanınıb. O, Bakıda səfir işləyərkən də cəmiyyət tərəfindən arzuolunmaz şəxs kimi qəbul edilirdi. O, hətta öz ölkəsinin bəyan etdiyi beynəlxalq hüquq normalarına zidd addımlar atıb”.

Dubay əmiri ofisə gəldi, gözlərinə inanmadı - VİDEO

29 Avqust 2016 11:08

Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl Maktum həftənin ilk iş günü (bazar) İqtisadi İnkişaf Nazirliyinin bir bölməsinə gəlişi zamanı heç bir işçinin yerində olmadığını görüb.