Dubay əmiri ofisə gəldi, gözlərinə inanmadı - VİDEO

Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl Maktum həftənin ilk iş günü (bazar) İqtisadi İnkişaf Nazirliyinin bir bölməsinə gəlişi zamanı heç bir işçinin yerində olmadığını görüb.

Dubay əmiri Şeyx Məhəmməd ibn Rəşid əl Maktum həftənin ilk iş günü (bazar) İqtisadi İnkişaf Nazirliyinin bir bölməsinə gəlişi zamanı heç bir işçinin yerində olmadığını görüb.

Axar.az xəbər verir ki, onun işçilərin olmamasından istifadə edərək boş ofisdə araşdırma aparması sosial mediada diqqət çəkib.BƏƏ-nin baş naziri və prezident müavini Maktum boş ofisdə bir müddət gəzib. Əvvəlcə, onun ofisdəki anını əks etdirən 14 saniyəlik video Tvitterdə yayılıb.Qeyd edək ki, Dubay əmiri hər zaman iş günlərinin erkən saatlarında bölmələri ziyarət etməyi ilə tanınır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31