Gündəm

Qurban bayramında 2 gün iş olmayacaq

29 Avqust 2016 12:56

Bu il Azərbaycanda Qurban bayramı sentyabrın 12-13-də qeyd olunacaq.

Yerevanda saxlanılan Rusiya vətəndaşının vəkili özbaşınalıqdan şikayətlənir

29 Avqust 2016 12:52

Yerevanda saxlanılan rusiyalı Sergey Mironovun vəkili bəyan edib ki, hüquqlarını qoruduğa şəxsə hələ də həbs edilmə səbəbini açıqlamayıblar.

Rusiyalı turistlər Türkiyədə yenə çoxalacaq

29 Avqust 2016 12:50

Rusiya turoperatorları Türkiyə istiqamətində paket turlarının formalaşdırılmasına başlayıb. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Turopertorlar Assosiasiyasının (RTA) məlumatında deyilir.

Sabahın havası - dəyişkən buludlu, küləkli, yağmurlu

29 Avqust 2016 12:48

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq

MN: Aprel döyüşlərində qarşı tərəfin itkisi 300-dən çox ölü və 700-dən artıq yaralıdır

29 Avqust 2016 12:41

Ermənistan hakimiyyətinə müxalif “Sasna Tsrer” silahlı qruplaşmasının aprel hadisələri zamanı ermənilərin ölü olaraq 150-dən artıq itki, 200-dən çox yaralı verməsi həqiqətin bir qismidir.

Ərəb mediasında Mehriban Əliyeva haqqında məqalələr dərc olunub

29 Avqust 2016 12:40

Birləşmiş Ərəb Əmirliklərinin(BƏƏ) “Vəhdət” qəzetində, “Arabian business” biznes xəbərlər portalında “Ermi Media” qrupuna daxil “Foochia” internet portalında eləcə də Londonda yerləşən “Middle East Online” xəbərlər portalında  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva haqqında məqalələr dərc edilib.

Ərəb dillində Dağlıq Qarabağ probleminə həsr olunmuş kitab nəşr edilib

29 Avqust 2016 12:37

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) ərəb dillində "Dağlıq Qarabağ və beynəlxalq hüquq: münaqişənin kökləri və həlli variantları" adlı kitab nəşr edib. “OLAYLAR”-ın SAM-a istinadən verdiyi xəbərə görə, kitabın müəllifi Misirli alim və politoloq, “Dialoq” siyasi və media araşdırmalar mərkəzinin müdiri Dr. Taha Əhməddir. Müəllif ərəb oxucusuna Azərbaycanın Dağlıq Qarabağ regionunun siyasi tarixindən kifayət qədər məlumat verməklə yanaşı, münaqişənin beynəlxalq hüquq prizmasından ətraflı şəkildə təhlil edir.

Diaspor rəhbəri Qırğızıstan vətəndaşlarına başsağlığı verdi

29 Avqust 2016 12:36

Rusiyanın Moskva şəhərinin şimal-şərqində yerləşən anbarda baş verən yanğında həlak olanların əksəriyyəti Qırğızıstan vətəndaşı olub.

Aqil Ələsgərin FETÖ təşkilatlanmasından bəhs edən kitabı Türkiyə türkcəsində nəşr edilib

29 Avqust 2016 12:34

Azərbaycanlı müəllifin FETÖ gerçəklərini anladan kitabı Türkiyədə nəşr edilib

Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin öldürülərək basdırıldığı məlum olub

29 Avqust 2016 12:24

Azərbaycanda üç il əvvəl itkin düşmüş şəxsin 5 nəfər tərəfindən öldürülərək basdırıldığı məlum olub.

Müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi

29 Avqust 2016 12:18

«Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyinın həyata keçirdiyi  “Azərbaycan multikultrasiya modeli kimi: müxtəlif millətlərin cəmiyətə inteqrasiya məsələləri və bu günki mənəvi vəziyyətlərinin tədqiqi”  layihəsi yekunlaşır . Layihə rəhbəri Sevinc Kərimovanın verdiyi məlumata görə, mayın 1-dən başlayan layihə çərçivəsində Azərbaycanın 6 rayonunda  (Qax 25 iyul,  Balakən 2 avqust, Quba  04 iyul, Qusar 13 iyun , Lənkəran  21 iyun və İsmayıllı 12 iyul)  “Azərbaycan Multikulturalizm modeli-dünyada sülh, qardaşlıq və dözümlülük ideyasının yayılmasına töhvəmiz” adlı dəyirmi masalar  keçirilib.

DİN: Bu ilin 8 ayında yol hərəkəti qaydalarının pozulmasına görə 58,5 milyon manat cərimə tətbiq edilib

29 Avqust 2016 12:03

 "Bu ilin 6 ayı ərzində yol-hərəkət qaydalarının pozulması nəticəsində 40,2 milyon manat məbləğində cərimələrin tətbiq edilməsi barədə məlumat həqiqəti əks etdirir. Məlumat üçün əlavə olaraq onu da deyə bilərəm ki, 8 ay ərzində isə respublika üzrə 2 100 000 yol hərəkəti qaydası əleyhinə olan inzibati xəta aşkarlanaraq sənədləşdirilib. Bu inzibati xətalara görə 58,5 milyon manat məbləğində cərimələr tətbiq edilib".

“Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda dəyirmi masa keçirilib

29 Avqust 2016 11:59

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Dini radikalizm və xurafat: Bir medalın iki üzü” mövzusunda dəyirmi masa keçirilib.   

Kənd həyat tərzinin inkişafında qadınların rolu artırılır

29 Avqust 2016 11:57

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlərə başlayır.

Atəşkəsin pozulması halları artır

29 Avqust 2016 11:56

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində qumbaraatanlardan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 22 dəfə pozub.