Kənd həyat tərzinin inkişafında qadınların rolu artırılır
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlərə başlayır.
29 Avqust 2016 11:57 SosialMİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Ağsu rayonunun Gəgəli, Bico və Qəşəd kəndlərində "Kənd həyat tərzinin inkişafında qadınların rolu" layihəsi çərçivəsində təlimlərə başlayır. İctimai Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, layihənin eksperti Prof.Dr. Kübra Əliyeva, təlimçisi Aidə Məlikova, koordinatoru Rəfael Cəlilovdur. Layihənin işində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvləri könüllü kimi yaxından iştirak edirlər. Layihənin məqsədi Azərbaycanda yaşayan əhalinin ahıl, tənha və aztəminatlı ailələrinin, xüsusilə qadınların sosial vəziyyətinin yaxşılaşması və onların asudə vaxtlarının səmərəli təşkilinə dair təşəbbüslərə dəstək verməkdir.