Gündəm

Qafqaz Universitetinin adı və loqosu dəyişilir?

1 Sentyabr 2016 12:12

Hər kəsin bildiyi kimi, uzun zamandır Azərbaycanda fəaliyyət göstərən Qafqaz Universiteti bir müddət əvvəl bağlanaraq Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib.

Suriyalılar İŞİD-dən azad edilən Cerablusa qayıdır

1 Sentyabr 2016 12:10

Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi müxaliflər tərəfindən terrorçu İŞİD qruplaşmasından azad edilən Suriyanın Cerablus rayonunun qaçqın düşmüş sakinləri dəstə-dəstə geri qayıdır.

Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-yə çatıb

1 Sentyabr 2016 12:08

Vergilər Nazirliyi vergi borcuna görə daha 15 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 6-sı fiziki şəxslər, 9-u isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Ermənistanda əsgər əsgəri maşınla vurub öldürüb

1 Sentyabr 2016 12:04

Ermənistanda əsgər ölümü ilə bağlı cinayət işi məhkəməyə verilib.

Türkiyə SQ Mənbic şəhərinə yaxınlaşıb

1 Sentyabr 2016 12:02

Türkiyə Silahlı Qüvvələri (SQ) "Fərat qalxanı" hərbi əməliyyatı çərçivəsində Suriyanın Mənbic şəhərinə yaxınlaşıb.

1 yaşın mübarək, "Cümhuriyət" !

1 Sentyabr 2016 11:59

"Cümhuriyyət" qəzetinin fəaliyyətinin bərpa olunmasının bu gün - 1 sentyabr tarixində bir ili tamam olur.

Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

1 Sentyabr 2016 11:50

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu təbrik edib. Məlumata görə, təbrikdə deyilir: "Özbəkistanın milli bayramı – Müstəqillik günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

“Müasir Azərbaycanın memarı -Heydər Əliyev ” mövzusunda esse müsabiqəsi keçirilir

1 Sentyabr 2016 11:48

Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi Diasporla iş üzrə Dövlət Komitəsinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada “Müasir Azərbaycanın memarı -Heydər Əliyev ” mövzusunda esse müsabiqəsinə start verib .

“Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimi keçirilib

1 Sentyabr 2016 11:47

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Bakı Dərin Özüllər Zavodunda “Şahdəniz-2” layihəsinin hasilat və dikborular platformasının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Sağlamlıq imkanları məhdud olan uşaqlar müalicə kurslarına cəlb edilib

1 Sentyabr 2016 11:41

Səhiyyə nazirliyinin Uşaq Bərpa Müalicə Mərkəzdə (UBMM) bərpa müalicəsinə ehtiyaci olan 18 yaşına kimi uşaqlar çoxprofilli, yüksək dərəcəli ixtisaslaşdırılmış müalicə kursu keçirlər.

İsmayıllıda təhsil bayramı

1 Sentyabr 2016 11:39

İsmayıllıda rayonunda ötən dərs ilinin uğurlu yekunlarına həsr edilən təhsil bayramı keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, Rayon icra hakimiyyətinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bayram şənliyində ali məktəblərə daxil olan abituriyentlər, onların müəllimləri, rayon ziyalıları, ictimaiyyətin nümayəndələri və qonaqlar iştirak ediblər.

Millət vəkilindən təklif

1 Sentyabr 2016 11:38

“Bu gün, 1 sentyabr - Bilik günüdür. Bu münasibətlə hər bir kəsi təbrik edirəm. Hər birimiz üçün məktəb, elm, bilik çox əhəmiyyətlidir”.

Modern.az portalının 7 YAŞI tamam oldu

1 Sentyabr 2016 11:36

Bu gün Modern.az xəbər agentliyinin fəaliyyətə başlamasının 7 ili tamam olur. Modern.az portalı 2009-cu il sentyabrın 1-də yaradılıb. Azərbaycanın hazırki onlayn media məkanında sayılıb-seçilən informasiya agentliklərindən biridir.

Daha 6 avtobus kart sistemi ilə ödəməyə keçdi

1 Sentyabr 2016 11:35

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin Bakı şəhərində müntəzəm sərnişindaşıma sahəsində xidmət göstərən daşıyıcı şirkətlər qarşısında vahid kart sisteminə keçidin tətbiqinə dair qoyduğu tələbə uyğun olaraq sentyabrın 1-dən etibarən daha 6 marşrut xətti üzrə (18, 61, 65, 79, 85, 96) hərəkət edən avtobuslarda ödəmə kart vasitəsilə həyata keçiriləcək.

Cəbhədə erməni silahları susmur

1 Sentyabr 2016 11:33

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 17 dəfə pozub.