“Müasir Azərbaycanın memarı -Heydər Əliyev ” mövzusunda esse müsabiqəsi keçirilir
Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi Diasporla iş üzrə Dövlət Komitəsinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada “Müasir Azərbaycanın memarı -Heydər Əliyev ” mövzusunda esse müsabiqəsinə start verib .
1 Sentyabr 2016 11:48 SosialAzərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi Diasporla iş üzrə Dövlət Komitəsinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Moskva şöbəsinin dəstəyi ilə 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Moskvada "Müasir Azərbaycanın memarı -Heydər Əliyev " mövzusunda esse müsabiqəsinə start verib . ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili "OLAYLAR"-a bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir. Artıq üçüncü ildir ki , Ulu öndərlə bağlı müsabiqə keçiririk müsabiqə üçün yazı forması - ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın Müstəqillik Günü mövzusundan ibarət olmalıdır. Müsabiqəsində iştirak etmək istəyənlər esselərini 1 oktyabr 2016 tarixinə kimi [email protected] və [email protected] elektron poçtuna göndərə bilərlər.