Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 737-yə çatıb

Vergilər Nazirliyi vergi borcuna görə daha 15 nəfərin ölkədən getmək hüququnu məhdudlaşdırıb. "Report" Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, bunlardan 6-sı fiziki şəxslər, 9-u isə hüquqi şəxslərin icra orqanlarının rəhbərləridir.

Bununla da vergi borcu ilə əlaqədar Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin sayı 722-dən 737-yə (müvafiq olaraq 318 və 419 nəfər olmaqla) yüksəlib.

İcra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı müəssisələr arasında 31 ASC var. Bu, əsasən qida məhsulları, o cümlədən şərab istehsal edən müəssisələr, pambıq tədarükü ilə məşğul olan şirkətlər, nəqliyyat müəssisələridir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31