Gündəm
13 günə 20 kilo arıqla - İSVEÇ PƏHRİZİ
Son vaxtlar ən geniş yayılan pəhriz növlərindən biri də İsveç pəhrizidir. 13 gündə 7-20 kilo arıqladan İsveç pəhrizinin xüsusiyyəti və ən əsas üstünlüyü verilən çəkinin geri qayıtmamasıdır. Bunun səbəbi maddələr mübadiləsini dəyişdirərək sürətləndirməsidir. Hər gün üçün fərqli menyusu olan pəhriz müddətində əməl edilməli bəzi qaydalar var. İki həftədə 7-20 kilo çəki azaldan 13 günlük İsveç pəhrizi hər gün fərqli menyular təqdim edir. Aile.lent.az məşhurların da istifadə etdiyi İsveç pəhrizi ilə sizi də tanış edir.
Qüsursuz dəriyə sahib olmaq üçün 7 MƏSLƏHƏT
Dünyadakı bütün qadınlar qüsursuz, parlaq, sağlam dəri istəyir və buna da nail olmaq üçün özlərinə görə üsulları var. Aile.lent.az onlardan bəzilərini təqdim edir.
Uşaqlarda məktəb qorxusu
Məlumdur ki, məktəblərdə ibtidai sinif şagirdləri 6-10 yaş arasında olan uşaqlardır. İbtidai təhsil məktəbdə uşaqların gələcək təhsillərinin formalaşmasında əsas baza rolunu oynayır. İbtidai təhsil zamanı hər bir valideynin, müəllimin, psixoloqun qarşısında duran əsas vəzifə bu prosesin uşağın psixi inkişafı üçün maksimum məhsuldar və təhlükəsiz həyata keçirilməsindən ibarətdir. Uşaqların bağçadan məktəbə keçməsilə onların sosial statusları dəyişir, onlar uçun yeni bir dövr başlayır, bağça ilə münasibətdə daha çox tələblərin və tapşırıqlarn olması onların əksər halda məktəbə adaptasiya olunmasında müəyyən çətinliklər yaradır.
Uşağın məktəb çantasına hansı qidaları qoyaq? - Valideynlərin nəzərinə!
Yeni təhsil ili başladı. Tətil zamanı övladlarını nizamlı qidalandıran valideynlərin çoxu məktəb açıldıqdan sonra bu nizamın pozulacağından qorxur. Övladlarının qayğısına qalan əksər valideynlər məktəbli çantasına dərsliklərlə bərabər yüngül qidalar da əlavə edir. Aile.lent.az uşaqların sağlam qidalanması ilə bağlı valideynlərə bir neçə məsləhət verir.
Gənclər Fondu 9-cu qrant müsabiqəsinə yekun vurub
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib. Fonddan verilən məlumata görə, toplantının gündəliyinə 9-cu qrant müsabiqəsinin yekunları, Fondun müsabiqələrində iştirak etmək üçün elektron ərizə formalarında dəyişikliklərin edilməsi və s. məsələlər daxil edilib.
Hollivud aktyoru Rusiya vətəndaşı olmaq istəyir
Daha bir məşhur ulduz Rusiya vətəndaşı olmaq fikrinə düşüb. Sən demə indi də Hollivud aktyoru Stiven Siqal Rusiya vətəndaşı ola bilər. Bu barədə isə Siqalın özü jurnalistlərə açıqlamasında söyləyib. O, bir neçə ay Rusiyada qalmaq istədiyini bildirib: “Zəngin Rusiya mədəniyyəti mənim xoşuma gəlir. Bir neçə ay məni sevən və burada gözləyən dostlarımın arasında qalmaq istərdim”.
Hadisə Ebru Gündeş və Sibel Can haqda:"Kədərləndim..."
Müğənni Hadisə "O səs Türkiyə"nin yeni münsifi Sibel Can haqda fikirlərini bildirib. Türkiyə mətbuatının məlumatına görə, o, 3 ildir münsiflər kürsüsündə birgə oturduğu Ebru Gündeşi yarışmada əvəz edən S.Can haqda "Onun aurası çox gözəldir, bir neçə dəfə bir araya gəlmişik, əla olacaq" deyib.
Britaniyalı alimlər smartfon üçün sınmayan ekran icad ediblər
Böyük Britaniyada Sasseks Universitetinin alimləri smartfon üçün nazik gümüş nanonaqil qatından sınmayan ekran ixtira ediblər. Alimlərin sözlərinə görə, belə ekranın sensor keçiricilik qabiliyyəti şüşə ekrandan daha yaxşı olacaq.
"Avropanı ABŞ yox, AB qorumalıdır"
Avropanın təhlükəsizliyinin qarantı ABŞ yox, Avropa Birliyi olmalıdır. Axar.az bildirir ki, bunu Yutub sosial şəbəkəsinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.
ABŞ-da polis 13 yaşlı oğlanı güllələyib
Amerika Birləşmiş Ştatlarının Ohayo ştatında polis 13 yaşlı oğlanı güllələyib.
Siyavuş Novruzov Rusiyanın hərbi ordeni ilə təltif olunub
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, deputat Siyavuş Novruzov Rusiya Federasiyasının "Ölkə müdafiəsinin möhkəmlənməsinə verdiyi böyük xidmətə görə" ordeni ilə təltif olunub.
Büdcə təşkilatlarının idxal mallarını satın alması dayandırılıb
Azərbaycan prezidentiİlham Əliyev icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.
Rusiyada federasiya prezidenti istefa verdi
Rusiya Ağır Atletika Federasiyasının (RAAF) prezidenti Sergey Sırtsov istefa verib. Report xəbər verir ki, qurumun rəhbəri səlahiyyətlərini Maksim Aqatipov icra edəcək.
Ronaldu: "Həmin qolu qeyd edə bilməzdim"
Çempionlar Liqasının son qalibi "Real Madrid" turnirdə yeni mövsümə qələbə ilə başlayıb. Doğrudur, bu qələbə Madrid klubuna asan başa gəlməyib. "Sportinq"lə oyunda hesabda geridə olan meydan sahibləri son dəqiqələrdə 3 xalı aktivinə yazdırmağa nail olub.
İngilis səfir İslamı qəbul etdi, Həccə getdi
Böyük Britaniyanın Səudiyyə Ərəbistanındakı səfiri Saymon Kolliz İslamı qəbul edib. Modern.az xəbər verir ki, səfir suriyalı həyat yoldaşı Xuda ilə birlikdə Həcc ziyarətində olub. Kolliz 30 il müsəlmanların arasında yaşadığını xatırladıb.














