Hadisə Ebru Gündeş və Sibel Can haqda:"Kədərləndim..."

Müğənni Hadisə "O səs Türkiyə"nin yeni münsifi Sibel Can haqda fikirlərini bildirib. Türkiyə mətbuatının məlumatına görə, o, 3 ildir münsiflər kürsüsündə birgə oturduğu Ebru Gündeşi yarışmada əvəz edən S.Can haqda "Onun aurası çox gözəldir, bir neçə dəfə bir araya gəlmişik, əla olacaq" deyib.

Müğənni Hadisə "O səs Türkiyə"nin yeni münsifi Sibel Can haqda fikirlərini bildirib.

Türkiyə mətbuatının məlumatına görə, o, 3 ildir münsiflər kürsüsündə birgə oturduğu Ebru Gündeşi yarışmada əvəz edən S.Can haqda "Onun aurası çox gözəldir, bir neçə dəfə bir araya gəlmişik, əla olacaq" deyib.

5 ildir çempion ola bilməyən Hadisə "Sibel Can ilk ilində birinci olsa nə edərsiniz?" sualına gülərək belə cavab verib:

"Sibel bu il qazansa, mən oradan artıq qaçacağam".

Müğənni yaxın dost olduğu E.Gündeşin yarışmadan ayrılmasına kədərləndiyini bildirib:

"Mən Ebruyla danışırdım, onun hisslərini bilirdim. Ona görə də, mənim üçün sürpriz olmadı Təbii ki, kədərləndim. Çünki biz orada 3 il birgə vaxt keçirdik və dost olduq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31