"Avropanı ABŞ yox, AB qorumalıdır"

Avropanın təhlükəsizliyinin qarantı ABŞ yox, Avropa Birliyi olmalıdır. Axar.az bildirir ki,  bunu Yutub sosial şəbəkəsinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.

Avropanın təhlükəsizliyinin qarantı ABŞ yox, Avropa Birliyi olmalıdır.

Axar.az bildirir ki,  bunu Yutub sosial şəbəkəsinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker söyləyib.
 
Onun sözlərinə görə, Amerika Avropada özünün hərbi əməliyyatlarını həyata keçirmək iqtidarında deyil:
 
"Amerikada prezident seçkisi kampaniyası bizə bir sıra məqamlara diqqət yetirməyə imkan verir. Amerikalılar Avropada özlərinin hərbi əməliyyatlarını həyata keçirmək məsələsində hazırlıqlı deyillər. İnanın, mən Avropanın hərbiləşdirilməsinə dəstək nümayiş etdirmirəm. Ancaq mənə elə gəlir ki, öz qitəmizdə təhlükəsizlik və nizamı zəmanət altına almaq öz cavabdehliyimiz altında olmalıdır. Gələcəkdə bu, bizim üçün vacib olacaq".
 
Qeyd edək ki, ABŞ bundan öncə dəfələrlə Rusiya aqressiyasına qarşı Avropanı qoruyacağını bəyan edib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31