Gündəm
QMİ sədri: “Başqa dövlətlərin xadimlərinin işimizə qarışmasına imkan yaratmamalıyıq”
“Görürəm, bəziləri narahat olur, mənə bəzi ölkələrdən gələn turistlərlə bağlı sual verirlər. Mən turist axınının əleyhinə deyiləm, ümumi inkişafın tərəfdarıyam”.
Azərbaycan dünyadakı mövcud humanitar problemlərin aradan qaldırılmasına ən çox töhfə verən ölkələrdəndir
Bu günlərdə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi edir. Belə ki, Bakıda sayca beşinci Beynəlxalq Humanitar Forum keçirilir. 2010-cu ildən ənənəvi olaraq keçirilən bu forumda müzakirə edilən məsələlər əsasən müasir dünyamızı narahat edən problemlər olur.
Beynəlxalq aləm Ermənistanın aqressiyasına göz yumur
Aprel döyüşlərindən sonra ciddi təlaş keçirərək Azərbaycan Silahlı Qüvvələrinin gücü, potensialı qarşısında aciz duruma düşən Ermənistan son vaxtlar yenidən aqressiv mövqe nümayiş etdirməyə başlayıb. Silahlı Qüvvələrimizin keçirdiyi uğurlu hərbi əməliyyatlardan sonra danışıqlar prosesinə daha çox maraq göstərən işöalçı ölkənin hazırda bu prosesdən yayınmağa çalışdığı müşahidə edilir. Bunun arxasında isə Rusiyanın işğalçı ölkəni yenidən silahlandırması dayanır. Xəbərlərdən də aydın olduğu kimi Rusiya Federasiyası Ermənistana bir müddət əvvəl yeni silah növləri, artileriya qurğuları, eləcə də ”İsgəndər M” raket kompleksi satıb. Elə bu səbəbdəndir ki, artıq Ermənistan sülh danışıqlarına deyil, təhdid, hədə variantına daha çox üstünlük verir.
67 ildən sonra bir ilkə imza atıldı
Bu günlərdə Türkiyədə Türk dünyası, xüsusilə Azərbaycan üçün mühüm əhəmiyyətə malik bir hadisə baş verib. Belə ki, Bakının erməni-bolşevik birləşmələrindən təmizlənməsində misilsiz xidmətləri olan Türk generalı Nuru Paşa üçün 67 ildən sonra ilk dəfə cənazə namazı qılınıb və onun məzarı abadlaşdırılıb. Bu məqsədlə qardaş ölkədə keçirilən izdihamlı mərasimdə Azərbaycan nümayəndə heyəti də iştirak edib. Məlumat üçün qeyd edək ki, İstanbulun Ədirnəqapı məzarlığında Nuru Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib. Əvvəlcə, Nuru Paşa üçün cənazə namazı qılınıb.
Hər şey ola bilər... Elçin Hüseynbəyli yazır...
Milli iqtisadiyyatın inkişafında yeni mərhələ
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.
ABŞ-dakı Rusiya səfirliyinin mühafizəsi gücləndirildi
Rusiyanın Vaşinqtondakı səfirliyində əlavə təhlükəsizlik tədbirləri görülür.
Prezident 3 milyon narkoman öldürmək istəyir: "Almaniyada Hitler, burada mən..."
Filippin prezidenti, hakimiyyətə gələn kimi narkotacirləri göründükləri yerdə güllələmək əmri verənRodiqo Duterte özünü nasist Almaniyasının füreri Hitlerlə müqayisə edib.
Oqtay Əsədov: “Azərbaycanla münasibətləri bərpa etmək üçün Avropa Parlamenti tərəfindən müxtəlif cəhdlər olub”
“Ötən bir il ərzində Avropa Parlamentitərəfindən Azərbaycan Milli Məclisinə dəfələrlə müraciətlər daxil olub, səfərlər edilib, münasibətləri yenidən bərpa etmək üçün cəhdləri göstərilib”.
Mikayıl Cabbarov: “Qarabağ münaqişəsi nəticəsində 700-ə yaxın təhsil müəssisəsi dağıdılıb”
“Azərbaycan torpaqlarının işğalı, insanların öz yurdlarından didərgin düşməsi təhsilə də təsirsiz ötüşməyib”.
Nazir: “Azərbaycanda son illər 4000 hektar ərazidə yaşıllıq salınıb”
“Azərbaycan 2020: gələcəyə baxış” inkişaf Konsepsiyasında ekoloji problemlərin azaldılması istiqamətində tədbirlər görülür".
Vahid Ələkbərov: "Neftin qiyməti 50 dollar səviyyəsində sabitləşəcək"
"OPEC-ə üzv olan ölkələrin Əlcəzairdə neftin sutkalıq hasilatının 32,5-33 mln. barrelədək azaldılmasına dair qəbul etdiyi qərar "qara qızıl"ın 1 barrelinin qiymətinin 50 dollar səviyyəsində sabitləşməsinə səbəb olacaq".APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov bildirib.
Nazir: "Azərbaycanda günəş enerjisindən istifadə sürətlə artır"
"Azərbaycan mühafizə olunan ərazilərinin sayı son 14 ildə iki dəfə artırıb".
Rusiya XİN: İŞİD-i Əfqanıstan yox, Mərkəzi Asiya maraqlandırır
"İŞİD-i Əfqanıstan maraqlandırmır. Bu terrorçu qruplaşma Mərkəzi Asiyaya sızmağa çalışır".
Milli Məclisin payız sessiyasında ilk iclası başlayıb
Azərbaycan Milli Məclisinin 2016-cı ildə payız sessiyasının ilk plenar iclası başlayıb.














