Gündəm
Humanitar Forum çərçivəsində qaçqın və məcburi köçkünlərlə bağlı dəyirmi masa keçirilib
V Bakı Humanitar Forum çərçivəsində "İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi" mövzusunda dəyirmi masa keçirilib.
İntensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb, daşqınlar olub
Ötən günlər ərzində yağan leysan xarakterli intensiv yağışlar nəticəsində respublikanın əksər çaylarında sululuq artıb, Girdimançayda qısamüddətli daşqın olub.
Rusiyada axtarışda olan şəxs Azərbaycanda tutulub
Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda tutulub.
Oktyabr ayının hava proqnozu açıqlanıb
Oktyabr ayında ölkə ərazisində havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir.
Akif Əlizadə: “Metsamorla bağlı problemin həllinin vaxtı çatıb”
"Regionda yerləşən Metsamor Atom Elektrik Stansiyasının yarasız halda olması bizi narahat edir. Mətbuatda kifayət qədər siyasətçilərin, mütəxəssislərin çıxışlarında bu problemə yer ayrılır. Ona görə də düşünürük ki, Metsamorla bağlı mövcud problemin həllinin vaxtı çatıb".
Komitə sədri: Dövlət insanların məhərrəmlikdə toy etməməsi işinə müdaxilə edə bilməz
Dövlət insanların məhərrəmlik ayında toyun keçirilməməsi işinə müdaxilə edə bilməz. Bunu Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda məhərrəmlik ayında toy keçirilməməsi ilə bağlı qoyulan ənənəyə münasibət bildirərkən deyib.
Rusiya XİN: İŞİD silahı yerə qoysa belə, onlarla danışığa getməyəcəyik
"Əgər silahı yerə qoysalar belə, Rusiya İŞİD və "Cəbhət ən -Nüsra" qruplaşmaları ilə heç bir əlaqəyə və danışığa getməyəcək".
Rusiya XİN: Vaşinqtonun Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq
"ABŞ hakimiyyətinin Suriyaməsələsində Moskva ilə əməkdaşlıqdan imtina etməsi terrorçular üçün hədiyyə olacaq".
Abraham Kuper: "Biz tolerantlığın əsgərlərinə, səfirlərinə çevrilməliyik"
"Mən həmişə sizin ölkənin dostu olmuşam və bundan sonra da olacam. Azərbaycanın aparıcı siyasi xadimlərinə unikal dayanıqlığına görə təşəkkür edirəm". SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamnı ABŞ-ın Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.
YUNESKO-nun direktor müavini: "Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir"
Bu gün V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda Dəyirmi Masanın “İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” adlı birinci paneli keçirilib. SİA-nın məlumatına görə, Dəyirmi Masanın moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub.
Fəttah Heydərov: "Tolerantlığın nə olduğunu Azərbaycanda biləcəksiniz"
"V Bakı Beynəlxalq Humanitar Forumunun ölkəmizdə keçirilməsi və xaricdən xeyli sayda qonağın Azərbaycana gəlməsi çox sevindiricidir. Sizlər hər biriniz dünyada tanınan, yaxşını və pisi ayıran insanlarsınız". SİA-nın məlumatına görə, bu sözləri millət vəkili Fəttah Heydərov deyib.
Vole Şoyinka: "Din dəyişir və bir növ təhdid olunur"
"Terrorçu Bako Haramın pis əməlləri kütləvi şəkildə məktəb qızlarının öldürülməsinə gətirib çıxardı. Bu, bir növ dözümsüzlükdür və insanların bir yerdə yaşamasının inkar edilməsidir. Bu, nasizmdən çox da fərqlənmir. Onlar qeyri-bərabərlik, dözümsüzlük nəzəriyyəsini aşılamağa çaılışırlar". SİA-nın məlumatına görə, bunu bu gün V Bakı Beynəlxalq Humanitar Forumunda çıxışı zamanı Nigeriyanın ədəbiyyat üzrə Nobel mükafatçısı Vole Şoyinka deyib.
Anatoli Torkunov: "Biz bir yerdə sülh şəratində yaşamaq təcrübələrini öyrənməliyik"
"Hesab edirəm ki, siyasi praktikada V Bakı Beynəlxalq Humanitar Forumunun təcrübələrindən faydalanmaq və bunu dəyərləndirmək lazımdır". SİA-nın məlumatına görə, bunu Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, REA-nın həqiqi üzvü Anatoli Torkunov deyib.
QMİ sədri: "Azərbaycan multikultural ənənələri özündə birləşdirən ölkə kimi tanınır"
“Dini dəyərlərin qorunduğu Azərbaycanda müsəlmanlarla yanaşı, pravoslavlar, katoliklər, yahudilər və digər etiqad sahiblərinin dinc və sülh şəraitində yaşaması uca yaradana xoş gedən məqamlardandır”.
Komitə sədri: “Suriyadan gələn ermənilər Dağlıq Qarabağa yerləşdirilir”
“Son illər dünyada baş verən münaqişə, müharibə və yoxsulluq səbəbindən kütləvi miqrasiyanın dairəsi genişlənir”.














