Gündəm
Soğan ucuzlaşıb, pomidor isə bahalaşıb
2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz bahalaşıb.
“Məktəblinin dostu” pilot layihəsi üzrə müsahibə mərhələsi başlayıb
Oktyabrın 10-da 3 saylı “ASAN xidmət” mərkəzində “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı görüş keçirilib. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, görüşdə millət vəkilləri, təhsil ekspertləri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bunun təhsilin idarəedilməsinin təkmilləşdirilməsində, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakında mühüm rol oynayacağına ümidvar olduqlarını bildiriblər.
Tələbələr islahatlara dəstək verir
Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tələbələr Azərbaycanın inkişafı uğrunda” adlı layihənin icrası başa çatır. Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, universitetlərdə təhsil alan tələbələr arasında Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstəyi formalaşdırmağı nəzərdə tutmuş layihə Bakı şəhərində həyata keçirilib. Layihə çərçivəsində paytaxtda yerləşən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində tələbələrlə görüşlər keçirilib, tələbələrə ölkəmizdə müxtəlif sahələrdə - iqtisadiyyat, sosial, təhsil, səhiyyə, hərbi və digər istiqamətlərdə keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparılıb. Tələbələrə sözügedən sahələr üzrə təqdimatlar edilmiş, onlara zəruri maarifləndirici materiallar paylanılıb. Keçirilən görüşlərdə tələbələr dövlətimizin apardığı uğurlu siyasətə və keçirilən islahatlara dəstək olduqlarını qeyd ediblər.
ADP-dən irad
Azərbaycan Demokrat Partiyasının İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyadan “OLAYLAR”-a daxil olan məlumata görə, İdarə Heyəti Birləşmiş Ştatların qondarma “Dağlıq Qarabağ” rejiminə dəstək olaraq müşahidə kəşfiyyat sisteminin satılması ilə bağlı atdığı addımı qətiyətlə pisləyib və bu cür addımların adı çəkilən ölkənin ATƏT-in Minsk qrupundakı barışdırıcılıq missiyasına zidd olduğunu, separatizmin dəsdəklənməsinə, bölgədə uzun müddətli sülhün pozulnmasına xidmət etdiyini və faktiki olaraq Dağlıq Qarabağı Azərbaycanın yurisdiksiyasından çıxarılıb Ermənistana verilməsi kimi riyakar məqsəd güddüyünü bildirib.
Putin Ərdoğanla "Türk axını" layihəsini müzakirə edib
Rusiya və Türkiyə prezidentləri İstanbulda "Türk axını" layihəsini müzakirə ediblər.
Azərbaycan Aİ ilə ticarət dövriyyəsini azaldıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 173 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 102 ölkəyə məhsul ixrac olunub, 167 ölkədən idxal olunub.
Ərdoğan: “TANAP-ın həyata keçirilməsi ilə Avropa üçün yeni alternativ ortaya çıxacaq”
“Sülh üçün paylaşaq” 23-cü Dünya Enerji Konqresinin şüarıdır. Bizim əsas məqsədimiz enerjinin sülhə xidmət etməsinə nail olmaqdır”.
Putin: “Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur”
“Neft hasilatının azaldılması dünya iqtisadiyyatının dayanıqlı inkişafı üçün yeganə yoldur”.
Putin: "Karbohidrogen erası bitmək üzrədir” söyləmək üçün real əsas yoxdur"
“Karbohidrogen erası bitmək üzrədir” demək üçün hələlik real əsas yoxdur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu İstanbulda keçirilən Ümumdünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.
Azərbaycan prezidenti: “Türkiyə xalqı Ərdoğanın ətrafında sıx birləşərək Türkiyənin gələcəyini qorudu”
“Dünya Enerji Konqresinin Türkiyədə keçirilməsi çox əlamətdar hadisədir. Bu, Türkiyənin dünya enerji siyasətindəki rolunu göstərir və bu rol getdikcə artır”.
Prezident İlham Əliyev: “Azərbaycan iqtisadiyyatında neft və qazın payı hazırda 30 faizdir”
APA-nın məlumatına görə, bunu İstanbulda 23-cü Dünya Enerji Konqresinin açılışında çıxış edən Azərbaycan prezidenti İlham Əliyevdeyib.
İstanbulda Azərbaycan prezidentinin iştirakı ilə Dünya Enerji Konqresi başlayıb
Türkiyənin İstanbul şəhərində 23-cü Dünya Enerji Konqresi başlayıb.
Baş nazirdən gözlənilməyən hərəkət - Jurnalistlərin gözündən yayınaraq...
Türkiyənin baş naziri Binali Yıldırım bu gün gözlənilmədən sabiq prezident Abdullah Gülün ofisinə baş çəkib.
Fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 136 524 nəfər artıb
Ölkəmizin müasir sığorta-pensiya sisteminin mühüm tərkib hissəsi olan fərdi uçot sistemi məcburi dövlət sosial sığorta ödənişinə cəlb edilən vətəndaşlar haqqında məlumatların uçotunun təşkili və aparılmasını təmin edir. Hər bir şəxsin gələcək layiqli pensiya təminatı üçün fərdi hesabına kapital toplamasına imkan verən bu sistemin əhatə etdiyi vətəndaşların sayı getdikcə artır.
Millət vəkili: "Prezidentin də söylədiyi kimi, bank sektoru şəffaf olmalıdır"
“Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında bir sıra ciddi məsələlərə toxundu. Ölkə başçısının nümayiş etdirmədikləri ilə bağlı ciddi iradlar bildirməsi həmin dövlətlərə bir mesaj idi. Azərbaycan Prezidenti oradakı nitqi ilə bir daha müstəqil siyasət apardığını təsdiqlədi”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.














