Soğan ucuzlaşıb, pomidor isə bahalaşıb

2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz bahalaşıb.

2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 5,3 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 13,4 faiz ucuzlaşıb, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,7 faiz bahalaşıb. Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,1 faiz, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 1,7 və 0,5 faiz bahalaşıb. Ay ərzində bitkiçilik məhsullarından baş soğanın istehsalçı qiymətində ucuzlaşma, lobyanın, xiyarın, badımcanın, pomidorun, bibərin, baş sarımsağın, fındığın, armudun istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Sentyabr ayında heyvandarlıq məhsullarından mal ətinin, quş ətinin, yumurtanın istehsalçı qiyməti bahalaşıb, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31