“Məktəblinin dostu” pilot layihəsi üzrə müsahibə mərhələsi başlayıb

Oktyabrın 10-da 3 saylı “ASAN xidmət” mərkəzində “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı görüş keçirilib. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, görüşdə millət vəkilləri, təhsil ekspertləri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bunun təhsilin idarəedilməsinin təkmilləşdirilməsində, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakında mühüm rol oynayacağına ümidvar olduqlarını bildiriblər.

Oktyabrın 10-da 3 saylı "ASAN xidmət" mərkəzində "Məktəblinin dostu" pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı görüş keçirilib. Təhsil Nazirliyindən "OLAYLAR"-a bildirilib ki, görüşdə millət vəkilləri, təhsil ekspertləri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bunun təhsilin idarəedilməsinin təkmilləşdirilməsində, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakında mühüm rol oynayacağına ümidvar olduqlarını bildiriblər. Təhsil Nazirliyinin "ASAN xidmət"lə birgə start verdiyi "Məktəblilərin dostu" layihəsinin həyata keçirilməsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması məqsədi daşıyır. "Məktəblinin dostu" hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək. İmtahanların test mərhələsi oktyabrın 2-də keçirilib. Bir saat yarım davam edən imtahanda namizədlərə Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə 50 sual təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31