Tələbələr islahatlara dəstək verir

Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı “Tələbələr Azərbaycanın inkişafı uğrunda” adlı layihənin icrası başa çatır. Birlikdən “OLAYLAR”-a verilən məlumata görə, universitetlərdə təhsil alan tələbələr arasında Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstəyi formalaşdırmağı nəzərdə tutmuş layihə Bakı şəhərində həyata keçirilib. Layihə çərçivəsində paytaxtda yerləşən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində tələbələrlə görüşlər keçirilib, tələbələrə ölkəmizdə müxtəlif sahələrdə - iqtisadiyyat, sosial, təhsil, səhiyyə, hərbi və digər istiqamətlərdə keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparılıb. Tələbələrə sözügedən sahələr üzrə təqdimatlar edilmiş, onlara zəruri maarifləndirici materiallar paylanılıb. Keçirilən görüşlərdə tələbələr dövlətimizin apardığı uğurlu siyasətə və keçirilən islahatlara dəstək olduqlarını qeyd ediblər.

Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırdığı "Tələbələr Azərbaycanın inkişafı uğrunda" adlı layihənin icrası başa çatır. Birlikdən "OLAYLAR"-a verilən məlumata görə, universitetlərdə təhsil alan tələbələr arasında Azərbaycan dövlətinin həyata keçirdiyi islahatlara ictimai dəstəyi formalaşdırmağı nəzərdə tutmuş layihə Bakı şəhərində həyata keçirilib. Layihə çərçivəsində paytaxtda yerləşən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində tələbələrlə görüşlər keçirilib, tələbələrə ölkəmizdə müxtəlif sahələrdə - iqtisadiyyat, sosial, təhsil, səhiyyə, hərbi və digər istiqamətlərdə keçirilən islahatlarla bağlı fikir mübadiləsi aparılıb. Tələbələrə sözügedən sahələr üzrə təqdimatlar edilmiş, onlara zəruri maarifləndirici materiallar paylanılıb. Keçirilən görüşlərdə tələbələr dövlətimizin apardığı uğurlu siyasətə və keçirilən islahatlara dəstək olduqlarını qeyd ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31