Gündəm

Azərbaycan əhalisinin sayı açıqlanıb

17 Oktyabr 2016 17:47

İlin əvvəlindən ölkə əhalisinin sayı 70,1 min nəfər və ya 0,7% artaraq 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə 9 milyon 775,7 min nəfərə çatıb.

Prezident İlham Əliyev: “Heydər Əliyev müstəqilliyimizin banisidir”

17 Oktyabr 2016 17:46

“25 il əvvəl Azərbaycan Ali Soveti "Müstəqillik haqqında" dövlət aktını qəbul edib. Bununla belə, müstəqilliyimizin elan edilməsindən 1 il əvvəl 1991-ci ildə Heydər Əliyev cəsarətli addım ataraq sovet rəhbərliyini Qanlı Yanvar faciəsini törətməkdə ittiham edib, Kommunist Partiyasının sıralarını tərk etmişdi”.   

Natiq Əliyev Enerji Xartiyasının baş katibi ilə görüşüb

17 Oktyabr 2016 17:45

Dayanıqlı inkişaf üçün enerji” VII Beynəlxalq Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Enerji Xartiyasının baş katibi Urban Rusnak Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyevlə görüşüb.

Azərbaycan Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisində təmsil olunacaq

17 Oktyabr 2016 17:44

Oktyabrın 19-21-də Türkiyənin Ankara şəhərində Qlobal Sağlamlıq Turizmi Zirvəsi və Sərgisi (Health Sumex) təşkil ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, tədbir Türkiyə Respublikası Səhiyyə Nazirliyinin himayəsi, Türkiyə İqtisadiyyat Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyə Avropa Birliyi Nazirliyi, Türkiyə İnkişaf Nazirliyi və Türkiyə Sağlamlıq Turizmini İnkişaf etdirmə Şurasının dəstəyi ilə baş tutacaq. Tədbirdə sağlamlıq turizmi fəaliyyəti ilə məşğul olan 32 təşkilat, quruluş və dərnəyin iştirakı nəzərdə tutulur.

İbtidai sinif müəllimləri üçün seminar keçiriləcək

17 Oktyabr 2016 17:42

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) və “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən bu il işə qəbul olunan ibtidai sinif müəllimləri üçün "Peşəyə giriş" seminarları keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, məlumatı Təhsil Nazirliyi yayıb. Bildirilib ki, seçilmiş ibtidai sinif müəllimlərinə 3 gün ərzində "İbtidai təhsilin missiyası və xüsusiyyətləri", "Məzmun standartlarının şərhi; dərs icmallarının hazırlanması", "Uşaq psixologiyası; uşaqla ünsiyyət və əməkdaşlıq qurmağın konstruktiv yolları", "Sinifdə öyrədici mühitin yaradılması; şagird tədqiqatının təşkili" mövzularında seminarlar keçiriləcək. Seminarda iştirak üçün yalnız bu il işə qəbul olunan və daimi əsaslarla işləyən ibtidai sinif müəllimləri müraciət edə bilər.  Seminarlar 27-29 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. Ərizələr 25 oktyabr 2016-cı il tarixinədək elektron (http://bit.ly/2exlxAT) formada qəbul ediləcək.

Region gəncləri ilə görüş keçirilib

17 Oktyabr 2016 17:40

Oktyabrın 17-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyi region gəncləri ilə görüş keçirib. “OLAYLAR”-ın xəbərinə görə, görüşün əsas məqsədi siyasi arenada kifayət qədər aktuallıq qazanmış sosial şəbəkələrdə aktivliyinin və keyfiyyətli fəaliyyətinin təşkil olunması istiqamətində olub. Görüşün prioritet istiqamətlərindən biri gənclərin sosial şəbəkələrin təhlükəsizlik qaydaları, problemləri, dini radikalizmi təbliğ edən qrupların təsiri altına düşməmələri, xaricdən Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasında yazılan anti-Azərbaycan fikirlərin əsaslı olmadığını, heç bir reallığa söykənmədiyini sosial şəbəkələr vasitəsi ilə beynəlxalq arenaya çatdırmaq olub. 

Tank bölmələri döyüş vərdişlərini təkmilləşdirir

17 Oktyabr 2016 17:40

2016-cı il üçün hazırlıq planına əsasən Silahlı Qüvvələrin bütün tank bölmələrində məşqlər keçirilir. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, məşqlərin əsas məqsədi bölmələrin şəxsi heyətinin tankların düzənlik və relyefi çətin keçilən ərazidə sürülməsi, döyüş əməliyyatları zamanı idarə edilməsi üzrə vərdişlərinin təkmilləşdirilməsidir. Məşqlər zamanı tank ekipajları zirehli texnikanın ərazidə təbii və süni maneələri dəf etməklə sürülməsi üzrə məşğələləri icra edir, müxtəlif manevrlər və atışlar həyata keçirirlər.

Türkiyədə daha bir Azərbaycan təşkilatı yaranıb

17 Oktyabr 2016 17:38

Türkiyədə  Antalya-Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyi yaranıb. Bu barədə “OLAYLAR”-a məlumatı dərnəyin sədri Aynur Məmmədova verib. Bildirib ki, dərnəyin əsas məqsədi iki qardaş ölkə arasındakı dostluq,mədəniyyət, təhsil və birlik mövzularında fəaliyyətləri uğurla davam etdirməkdir: ““Düşünürəm ki, bu amillər iki qardaş ölkə arasında körpülərin daha da güclənməsinə təsir edəcək. Biz bu niyyətlə yola çıxmışıq. Dostlarımızla qarşıda planlarımız çoxdur.

“Təfəkkür” Universitetində tədbir keçirilib

17 Oktyabr 2016 17:37

Oktyabrın 17-də “Təfəkkür”  Universitetində tədbir keçirilib. Yığıncağı giriş sözü ilə açan iqtisad elmləri doktoru, professor Müşfiq Atakişiyev səhhətində yaranmış problemlərlə əlaqədar öz xahişi ilə  bu ali məktəbin rektoru vəzifəsindən azad olunduğunu kollektivə çatdırıb. O bildirib ki, səhhəti ilə əlaqədar işdən azad olunmağı üçün universitetin təsisçisinə müraciət edib və xahişi rəhbərlik tərəfindən nəzərə alınıb. M.Atakişiyev buna görə təsisçiyə minnətdarlığını bildirib.

"Şah Qacar” tamaşası nümayiş olunub

17 Oktyabr 2016 17:32

Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub. Mədəniyyət və Turizm Nazirliyindən “OLAYLAR”-a daxil olan məlumata görə, əməkdar İncəsənət Xadimi Əli Əmirlinin ““Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

GİN Dövlət müstəqilliyi gününü əsgərlərlə birlikdə qeyd edib

17 Oktyabr 2016 17:31

"Dövlət Müstəqilliyi Günü” münasibəti ilə Gənclər və İdman Nazirliyi tərəfindən Qusar rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində hərbçilərlə görüş keçirilİB. Bu barədə məlumat “OLAYLAR”-a GİN-in mətbuat katibliyindən daxil olub. Bildirilib ki, görüşdə əvvəl hərbi hissənin şəxsi heyəti Nazirliyin rəhbərliyi adından təbrik edilib və onlara hərbi xidmətdə uğurlar arzulanıb. Daha sonra təqdimat əsasında hərbi xidmətdə fərqlənən 10 nəfər gənc hərbçi Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb. Hərbçilərin asudə vaxtının səmərəli təşkilinə əlavə kömək məqsədi ilə hərbi hissəyə idman ləvazimatları təqdim edilib.

Əli Əhmədov: “Azərbaycan ötən 25 ildə böyuk inkişaf mərhələsi keçib”

17 Oktyabr 2016 17:29

"Azərbaycan 25 ildir ki, müstəqil dövlət kimi yaşayır və inkişaf edir. Bütövlükdə bu dövrü üç mərhələyə bölmək olar. Birincisi, 1991-1993-cü illər, ikincisi, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrdür». “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov səsləndirib.

Silah-sursatı könüllü polisə təhvil verib

17 Oktyabr 2016 17:26

Maştağa qəsəbə sakini könüllü olaraq polisə odlu silahı təhvil verib. DİN-dən verilən məlumata görə, Sabunçu rayonunun Maştağa qəsəbə sakini Pərviz Əliyev “Makarov” markalı tapançanı, 1 ədəd patron darağını və 4 ədəd patronu könüllü olaraq 14-cü PB-yə təhvil verib. 

“Mercedes”in vurduğu piyada hadisə yerində ölüb

17 Oktyabr 2016 17:25

Masazır qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, DİN-in Təhlükəsiz Şəhər Xidməti və Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 14-də Masazır qəsəbəsində Azad Allahverdiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Masazır kənd sakini Elman Əliyev tutulub. Araşdırma aparılır. 

Maşında 3 kq marixuana aşkar edilib

17 Oktyabr 2016 17:24

Bərdə sakinindən narkotik vasitə götürülüb. DİN-dən verilən məlumata görə, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bala-Qəcər kənd sakini Etibar Əhmədovdan 3,996 qram marixuana, “Niva” markalı avtomobilinə baxış zamanı isə 3 kiloqram 160 qram marixuana aşkar edilərək götürülüb.